İcbari tibbi sığorta ilə bağlı mühüm xəbər

İcbari tibbi sığorta ilə bağlı mühüm xəbər
11:42 8 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

"2017-ci ilin yanvar ayında Mingəçevir və Yevlax şəhərində icbari tibbi sığortanın pilot tətbiqinə başlanılacaq".

Milli.Az bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq, təhlil və İT şöbəsinin müdiri İsa Əliyev azvision.az-ın suallarını cavablandırarkən deyib. 

O qeyd edib ki, icbari tibbi sığortanın bütün komponentləri üzrə məlumatlandırma tədbirləri yaxın günlərdə sürətləndiriləcək. 

"İcbari tibbi sığorta üzrə ölkəmizdə keçmiş təcrübə olmayıb və bu prosesin bütün tərəflərinin aparılacaq islahatlara tam hazırlamaq məqsədilə icbari tibbi sığortanın tətbiqi ilkin olaraq pilot layihələr şəklində həyata keçiriləcək. Pilot layihələr əhalini, tibb müəssisələrini, həkimləri və digər əlaqədar tərəfdaşları bu prosesə aktiv şəkildə cəlb etməklə mümkün problemlərin aşkarlanması və optimal həlli yollarının tapılmasına xidmət edəcək. Artıq pilot rayonlarda hazırlıq işlərinə başlanılıb. Əhalinin və tibb mütəxəssislərinin məlumatlandırılması üçün tədbirlər həyata keçirilir və pilot layihənin həyata keçirilməsi üçün zəruri sənədlər hazırlanır. Hal-hazırda pilot layihə üçün hazırlıqlar plan üzrə davam edir və ümid edirik ki, bütün əlaqədar qurumların dəstəyi ilə zəruri hazırlıq işlərini tamamlayıb, 2017-ci ilin yanvar ayında Mingəçevir şəhəri və Yevlax rayonunda icbari tibbi sığortanın pilot tətbiqinə başlanılacaq". 

İ.Əliyev bildirib ki, icbari tibbi sığorta çərçivəsində əhaliyə göstəriləcək tibbi xidmətlərlə bağlı Agentlik baza (əsas xidmətlər) zərfini hazırlayıb Nazirlər Kabinetinə təqdim edib. 

"Baza zərfinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Sığorta olunanlar baza zərfinə daxil olan tibbi xidmətlər üzrə xərclər dövlət tərəfindən sığorta olunan əhali qrupları üçün tam şəkildə ödəniləcək. Fərdi qaydada sığorta olunan şəxslər isə yüksək xərc tələb edən bəzi diaqnostik müayinələr üçün simvolik ödənişlər istisna olmaqla, baza zərfinə daxil olan xidmətlərdən pulsuz yararlanacaqlar. Baza zərfinə daxil olmayan xidmətlər üzrə xərclər isə vətəndaşlar tərəfindən ödənilməlidir". 

Şöbə müdirinin sözlərinə görə, təcili və təxirəsalınmaz tibbi yardım və stasionar müalicə müddətində istifadə olunacaq dərman vasitələri və tibbi ləvazimatlar baza zərfinə daxil edilib. 

"Bu cür tibbi xidmətlərdən istifadə zamanı zəruri dərman və ləvazimatların xərclərin icbari tibbi sığorta tərəfindən ödəniləcək. Əhalinin gəlirlərinə və ödəmə qabiliyyətinə uyğun icbari tibbi sığorta haqqının tətbiq edilməsi barədə Nazirlər Kabinetinə təkliflər verilib. Təsdiqləndikdən sonra bu məbləğ ictimaiyyətə açıqlanacaq. Ümumiyyətlə, iqtisadi fəal əhalinin sığorta haqqı ödəməsi çox vacibdir. İcbari tibbi sığortanın uğur qazanması ilk növbədə əhalinin fəal şəkildə bu layihəyə qoşulmasından və sosial həmrəylik nümayiş etdirməsindən asılıdır. Bu, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə, cəmiyyətin bütün üzvlərinin tibbi xidmətlərə bərabər çıxış imkanları əldə etməsinə və daha geniş həcmdə tibbi xidmətlər göstərməyə şərait yaradacaq. Buna baxmayaraq, hətta sığorta haqqı ödəməyən əhalinin də müəyyən tibbi xidmətlərdən - məsələn, ilkin səhiyyə xidmətindən, təcili tibbi yardımdan, hər hansı təxirəsalınmaz əməliyyatdan pulsuz istifadə etməsinə şərait yaradılacaq".

İ. Əliyev icbari tibbi sığorta mərhələli şəkildə tətbiq olunduqca və əhatə dairəsi genişləndikcə özəl xəstəxanaların prosesdə iştirakı təmin olunacağını vurğulayıb. 

"Sığortaolunanlar dövlət xəstəxanalarında göstərilməyən tibbi xidməti özəl xəstəxanalarda ala biləcəklər. Əsas məqsədimiz odur ki, vətəndaşlara əlçatan və keyfiyyətli tibbi xidmət göstərilsin. İcbari tibbi sığortanın tətbiqi tibbi xidmət sektorunun elektronlaşdırılmasını və bütün tərəflər arasında məlumatların elektron qaydada mübadiləsini şərtləndirir. İcbari tibbi sığorta çərçivəsində müvafiq elektron platforma yaradılacaq ki, bütün tibb müəssisələri öz tibbi məlumatlarını həmin platforma vasitəsilə bölüşəcək. Tibb müəssisələrinin proqram təminatı və elektron mübadilə sistemi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunacaq. Bununla yanaşı, Agentlik tərəfindən tibb işçiləri üçün proqram təminatından istifadəyə dair silsilə təlimlərin təşkil olunacağı da planlaşdırılır. Pilot ərazilər kimi seçilmiş Mingəçevir şəhəri və Yevlax rayonunun tibb müəssisələri, xəstəxanalar icbari tibbi sığorta sistemində işlərini qurduqdan sonra bu proses mərhələli şəkildə bütün ölkəni əhatə edəcək. Artıq 2018-ci ildən ölkənin əksər hissəsində icbari tibbi sığortanın tətbiqinə başlamağı planlaşdırırıq". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qətərdən ərəb dövlətlərinə MÜHARİBƏ SİQNALI

26 İyul 2017 06:38

Bu ev enerjini qoruyur - FOTO

26 İyul 2017 06:32

Bakıda bir nəfər tanımadığı şəxs tərəfindən bıçaqlanıb

26 İyul 2017 05:57

Tez-tez intim münasibətin ZİYANLI TƏRƏFLƏRİ

26 İyul 2017 05:53

Abbas: “İsraillə əlaqələri bərpa etməyəcəyik”

26 İyul 2017 05:39

İllüstrasiyalı insanlar - FOTO

26 İyul 2017 05:32

Qadının qaşları Trampı arxa plana saldı

26 İyul 2017 05:04

Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin lehinə səs verib

26 İyul 2017 04:57

Bakıda binada yanğın olub, 3 nəfər xəsarət alıb, 3-ü xilas edilib

26 İyul 2017 04:47

Rusiya daha miqyaslı sanksiyalar astanasındadır

26 İyul 2017 04:39

Ağ evin mətbuat katibinin köməkçisi istefaya göndərilib

26 İyul 2017 04:37

Okean sahilində ev - FOTO

26 İyul 2017 04:32

Bakıda qadını maşın vurdu - Sürücü qaçmaq istədi....

26 İyul 2017 04:18

Timati bu sevgilisindən də ayrıldı?

26 İyul 2017 04:09

Yaşlı qadının gözlərindən 27 linza çıxarıldı

26 İyul 2017 03:49

Viza rejiminin ləğvi üçün Ankaraya 5 ŞƏRT

26 İyul 2017 03:43

KİV: İŞİD lideri sağdır və Suriyanın Deyr-əz-Zor əyalətində gizlənir

26 İyul 2017 03:42

Qazaxda AĞIR QƏZA - Ölən və yaralananlar var

26 İyul 2017 03:38

Memar mənzili çox fərqlidir - FOTO

26 İyul 2017 03:32

Çempionlar Liqası, III təsnifat mərhələsi - BÜTÜN NƏTİCƏLƏR

26 İyul 2017 03:28

Qətər səfiri ölkəni boykot edən ərəb dövlətləri ilə müharibəni istisna etməyib

26 İyul 2017 03:27

Astroloji proqnoz - 26 iyul

26 İyul 2017 03:18

Avropa Komissiyası: Ankara 5 şərti icra etməlidir

26 İyul 2017 03:09

Qəbiristanlıqda rəqs edən qadınları bələdiyyə işdən qovdu - VİDEO

26 İyul 2017 03:03

Çiçək açan krossovkalar - FOTO

26 İyul 2017 02:32

"Opel” və VAZ toqquşdu: 1 ölü, 2 yaralı

26 İyul 2017 02:24

Hamiləlik dövründə cinsi əlaqə

26 İyul 2017 02:10

Frandsada vağzalda 150-dən çox mühacir tutuldu

26 İyul 2017 02:09

Bakıda qadını maşın vuraraq ağır yaralayıb

26 İyul 2017 01:37

ŞƏMKİRDƏ DƏHŞƏT: Ana iki övladı ilə birgə özünü qatarın altına atdı

26 İyul 2017 01:34

Şəhər mərkəzində orta əsr qülləsi - FOTO

26 İyul 2017 01:32

Bakıda 6 otaqlı evdə yanğın

26 İyul 2017 01:26

Bakıda qadın evində tanışı tərəfindən bıçaqlanıb

26 İyul 2017 01:17

Çavuşoğlu: ““Amnesty"-nin Türkiyə üzrə rəhbəri FETÖ üzvüdür”

26 İyul 2017 01:14

Həbsxanadan qaçan erməni yazıçı: “2 il plan qurdum, ancaq heç biri...”

26 İyul 2017 01:03

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib

26 İyul 2017 01:02

“Qarabağ” - "Şerif" matçından

26 İyul 2017 00:32

Tehran və Moskva nüvə əməkdaşlığını müzakirə etdilər

26 İyul 2017 00:29

Məşhur müğənni Mayamidə səhnəyə çıxdı - FOTO

26 İyul 2017 00:05

“Facebook” Azərbaycan kəndini “Şaumyan” adı ilə təqdim edir

26 İyul 2017 00:05

Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür

26 İyul 2017 00:05

Azərbaycanlı hakimlərin idarə etdiyi ÇL oyununda 4 qol, 8 sarı vərəqə qeydə alınıb

26 İyul 2017 00:02

Oğuza gəzintiyə gedən müəllim qəfil öldü

25 İyul 2017 23:59

Yeniyetmələrdə fiziki və psixoloji dəyişikliklər

25 İyul 2017 23:57

Yaralı hərbçiləri müalicə edən həkimlər tutuldu

25 İyul 2017 23:52

Serotonin nədir?

25 İyul 2017 23:52

"Onu gözüm çox axtardı" Tahir Gözəl

25 İyul 2017 23:52

MARAQLI YARIŞ: Ərlər arvadlarını 500 metr boynunda daşıdı - VİDEO

25 İyul 2017 23:48

"Şerif"in baş məşqçisi: "Öz qapımızı daha çox qorumalı olduq"

25 İyul 2017 23:47

Qurban Qurbanov: 0:0 hesabı da pis nəticə deyil

25 İyul 2017 23:47