Boşanacaqları barədə tez-tez xəbərlər yayılan aktrisa Belçim Bilgin və rejissor Yılmaz Erdoğan daha bir təəccübləndirici addım atıblar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Kördüğüm" serialından ayrılaraq Londona köçən və orada prodüserlik etməyə qərar verən aktrisa kral ailəsinin Bukkingem sarayının qonşuluğuna köçüb.
Bir neçə gün əvvəl artıq rəsmən boşandıqları deyilsə də, Belçimin evi həyat yoldaşı Yılmaz Erdoğanla birgə tutduğu öyrənilib. Onlar evin əşyalarını da birgə alıblar. Yılmaz ailəsini yerləşdirdikdən sonra özü İstanbula qayıdacaq.