Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xırdalanda avtomobil yandı

Xırdalanda avtomobil yandı

Date: 8 October 2016 11:47

"Mercedes" markalı avtomobil yanıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, Bağırov Müşviq Mohi oğluna məxsus 90 FS 530 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman anidən alovlanmağa başlayıb. Sürücü M. Bağırov dərhal avtomobildən çıxaraq ərazidən uzaqlaşıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Muhafizə Xidmətinin (DYMX) əməkdaşları gəlib. Alovun avtomobilin benzin çəninə yaxınlaşmasının qarşısı alınıb. Buna baxmayaraq, nəqliyyat vasitəsi yararsız hala düşüb
İlkin ehtimala görə, yanğına səbəb avtomobilin mühərrik hissəsində olan nasazlıqdır. 

Milli.Az


Tags:  Xırdalanda avtomobil yandı

RƏYLƏR


Top news