ABŞ ermənilərə müasir hərbi sistemləri verdi - GİZLİ - FOTO

ABŞ ermənilərə müasir hərbi sistemləri verdi - GİZLİ - FOTO
11:52 8 Oktyabr 2016
174 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Qarabağa müasir silahlar yerləşdirdi - İrəvandan İDDİA (21 Aprel 2017 13:43)
Putin sirr kimi saxlayırdı, ilk dəfə ORTAYA ÇIXDI - FOTOLAR (19 Aprel 2017 17:58)
"Aprel döyüşləri erməni miflərini tamamilə dağıtdı" (03 Aprel 2017 08:22)

ABŞ Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələrinə təmas xəttindəki mövqelərdə yerləşdirilmək üçün ən son texnologiyaya əsaslanan kəşfiyyat-müşahidə sistemi ötürüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu sensasion fakt prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsinin həllinin "tərəflərin sülhə hazır olmaması üzündən" həllinin mümkün olmadığı haqda bəyanatına kəskin reaksiyası, habelə bağlı qapılar arxasında Dağlıq Qarabağın tanınmasına dair Azərbaycana təzyiqlərin göstərildiyi açıqlaması ilə eyni vaxtda üzə çıxıb.

ABŞ-ın "The National İnterest" dərgisinin erməni separatçılarının təbliğinə həsr olunmuş "Dağlıq Qarabağ daha bir müharbəyə hazırdır" başlıqlı məqaləsində deyilir ki, aprel döyüşlərindən sonra erməni tərəfi bütün təmas xətti boyu mövqelərini yenidən qurur, olduqca intensiv şəkildə möhkəmləndirir.

"Apreldə bizdə ön xətdə kifayət qədər müşahidə kamerası yox idi. İndi biz təmas xəttindəki mövqelərimizdə müasir C4ISR sistemi quraşdırırıq, bu da bizə bütün təmas xətti boyu müşahidə aparmğa imkan verir", - separatçıların "baş nazirinin" sözçüsü Artak Bəyləryan amerikalı jurnalistə bildirib.

Dərginin yazdığına görə, Dağlıq Qarabağ "hökuməti" təsdiq edir ki, bu qabaqcıl sistemin təmas xəttində yerləşdirilməsi Azərbaycan ordusunun "qəfil hücum ehtimalını xeyli azaldacaq". Çünki həmin sistem imkan verir ki, yaxın və uzaqmənzilli kameraların köməyi ilə təmas xəttindən dərinliklərdə istənilən hərəkət qeydə alınsın. "Nəticədə Qarabağ qüvvələri müdafiəyə və əks-hücuma hazırlaşmaq, öz qoşun hissələrini və texnikasını əvvəlcədən hazırlıq vəziyyətinə gətirmək imkanı əldə edəcək", -jurnal yazır.

Artak Bəyləryan amerikalı jurnalistlə söhbətində deyib ki, apreldə Azərbaycan hərbi üstünlüyünü bilirdi və bu səbəbdən həmlə etdi. Çünki o vaxt Rusiyadan sifariş edilən yeni silahlar gəlib çatmamışdı. İndi isə Bəyləryan deyir ki, ermənilər yeni silahlar əldə ediblər. Bəyləryanın fikrincə, Qarabağda yeni müharibə ilin sonlarında mümkün ola bilər.

Bəs ermənilərin Qarabağda təmas xətti boyu yerləşdirdikləri C4ISR sistemi nədən ibarətdir? Bu sistemi kim istehsal edir və ermənilər onu necə əldə edə bilərdilər?

Virtualaz.org internet mənbələrindən araşdırıb ki, ermənilərin təmas xəttində yerləşdirdikləri C4ISR ABŞ-ın aparıcı hərbi sənaye korporasiyası Northrop Grumman tərəfindən işlənib hazırlanıb və istehsal edilir. Abbreviaturası komanda, idarəetmə, kommunikasiya, kompüterlər, kəşfiyyat, müşahidə və yenidən kəşfiyyat sözlərinin baş hərflərindən götürülüb.  (Command, Control, Communications, Computers, Intelligence, Surveillance and Reconnaissance) C4ISR gələcəyin döyüş sistemlərinə (Future Combat Systems) aiddir və müasir müharibələrdə qoşunların idarə edilməsi, videomüşahidə və kəşfiyyatın aparılması, koordinatların müəyyən edilib komanda məntəqəsinə ötürülməsi və komanda məntəqəsindən alınan əmrlərin qoşun hissələrinə ötürülməsi vəzifəsini yerinə yetirir.

Rusiya, Çin, Hindistan kimi ölkələr də bu cür sistemlərin yaradılması üzərində iş aparırlar. Ancaq C4ISR məhz ABŞ tərəfindən işlənib hazırlanmış sistemdir və Birləşmiş Ştatlar ordusunda bu sistemə kompleks texniki xidməti Lokheed Martin şirkəti həyat keçirir.

Northrop Grumman şirkətinin saytında göstərilir ki, bu şirkət pilotsuz, pilotlu və kiber sistemlər üçün həllər və məhsullar, habelə bütün dünya üzrə kommersiya və hökumət müştəriləri üçün C4ISR sistemləri təklif edir. Kosmik aparatlar, lazer sistemlər və s. istehsal edir, illik dövriyyəsi 18.4 milyard dollardır.

Ermənistan aprel döyüşlərindən sonra Azərbaycanın qəfil həmlə ehtimalını azaltmaq üçün videomüşahidə sistemləri qurduqlarını hələ əvvəldən açıqlamışdılar. İndi isə belə məlum olur ki, bu sistemləri ermənilərə ABŞ ötürüb. Şübhəsiz ki, Ermənistan büdcəsinin imkanları ABŞ-dan bu cür qabaqcıl sistemi almağa imkan vermirdi və ola bilsin, maliyyəni Amerikadakı erməni diasporu ödəyib.

C4ISR sisteminin komponentlərini hələ bu ilin yayında Ermənistan prezidenti Serj Sərkisyanın təmas xəttinin Füzuli  istiqamətinə səfəri zamanı görmək mümkün idi. Sərkisyan Azərbaycan ordusunun apreldə işğaldan azad etdiyi Lələtəpə istiqamətində yerləşən erməni postlarından birinə baş çəkərək kompüter arxasından müşahidə aparan hərbçilərlə söhbətləşmişdi.

ABŞ-ın ermənilərə bu sistemi ötürməsi açıq-aşkar Azərbaycana qarşı düşmənçilikdir və belə görünür ki, rəsmi Bakı təcili olaraq məsələni gündəmə gətirməlidir. Doğrudur, Amerika tərəfi iddia edə bilər ki, C4ISR sistemləri silah və ya hərbi texnika deyil, bu sistemlərin münaqişə tərəflərindən birinə ötürülməsi Qarabağ münaqişəsi tərəflərinə silah embarqosuna zidd deyil. Lakin C4ISR sistemləri erməni tərəfinə münaqişə ətrafında status-kvonu saxlamağa kömək edən vasitədir və Birləşmiş Ştatlar bununla münaqişənin həllinin dondurulmasına yardım etmiş olur.

Əslində həmin sistemlərin ermənilərə ötürülməsinin kökü təmas xətti boyu guya atəşkəsin monitorinqini möhkəmləndirmək üçün illərdir gündəmdə olan təklifə gedib çıxır. Bu təklif necə meydana çıxmışdı?

Virtualaz.org qeyd edir ki, təmas xəttində videomüşahidə sistemlərinin yerləşdirilməsi və insidentlərin araşdırılması mexanizminin yaradılması barədə rəsmi Bakının daim rədd etdiyi təklif əvvəlcə Amerikada bir qrup ermənipərəst konqresmen tərəfindən gündəmə gətirildi. Ermənilərə lobbiçilik edən konqresmenlər bu məsələni müntəzəm olaraq gündəmə gətirirdilər, nəhayət onlar ABŞ prezidentinə və dövlət katibinə müraciət edərək təklifin danışıqlarda müzakirə edilməsinə, qəbul olunması üçün Azərbaycan tərəfinə təzyiq göstərilməsinə çağırdılar. Və Minsk Qrupunun həmsədrləri münaqişə ətrafında status-kvonu saxlamaqdan başqa heç nəyə yaramayan bu təklifi danışıqların gündəminə gətirdilər, Azərbaycan tərəfi isə hər dəfə bu ideyanı rədd etdi.

Məsələ aprel döyüşlərindən sonra ABŞ dövlət katibinin vasitəçiliyi altında keçirilən Vyana görüşündə də müzakirə olundu və həmsədrlər bəyanat verib bildirdilər ki, tərəflər atəşkəsin möhkəmləndirilməsi mexanizminə razılıq veriblər. Lakin Azərbaycan prezidenti daha sonra bəyan etdi ki, Bakı bu barədə heç bir öhdəlik götürməyib və sadəcə olaraq ATƏT-in monitorinq missiyasının üzvlərinin sayının artırılması təklifinə müsbət yanaşıb.

İndi isə belə məlum olur ki, ABŞ ermənilərə C4ISR sistemlərini ötürməklə təmas xəttində nəzarəti möhkəmləndirməyə yardım edib. Bu yaxınlarda amerikalı həmsədr Ceyms Uorlik Rusiya mətbuatına verdiyi müsahibədə demişdi ki, ABŞ Qarabağ münaqişəsi tərəflərinə hərbi avadanlıqlar verir, ancaq bu "məhdud ölçüdədir və sırf müdafiə təyinatlıdır". O zaman Uorlikin bu açıqlaması təəccüblə qarşılandı. Çünki ABŞ-ın Qarabağ münaqişəsi tərəflərinə silah-hərbi avdanlıq verdiyi haqda heç kim eşitməmişdi. Və indi belə görünür ki, Uorlik C4ISR sistemlərini nəzərdə tuturmuş...

Milli.Az






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əkrəm Zeynallı səfir vəzifəsindən geri çağırıldı - SƏRƏNCAM

25 May 2017 18:48

Mövsümün əsas trendi: Bu yaz qadın bədənini kişi pencəkləri bəzəyəcək - FOTOLAR

25 May 2017 18:48

Soğan doğrayarkən saqqız çeynəsəniz... – 10 HEYRƏTAMİZ BİLGİ (FOTO)

25 May 2017 18:48

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

25 May 2017 18:47

"Mercedes-Benz" noutbuk buraxdı

25 May 2017 18:47

Mourinyodan tarixi nəticə

25 May 2017 18:47

Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş olub

25 May 2017 18:47

Şərf toxuyub Ginnesin rekordlar kitabına düşdülər

25 May 2017 18:36

İngiltərəni qana boyayan şəxs Türkiyədən gedib - MƏNBƏ

25 May 2017 18:33

Xəzərdə naməlum kişi meyiti tapıldı

25 May 2017 18:32

Pul ala bilmədi, damarlarını doğradı - BAKIDA

25 May 2017 18:32

Qəbələnin Həmzəlli kəndi

25 May 2017 18:30

Bank "BTB" yenilənmiş “İnternet-Bankçılıq” xidmətini təqdim edib

25 May 2017 18:29

Deputat iclas zalından rəfiqəsinə porno göndərdi - FOTOLAR

25 May 2017 18:28

Yaxın Şərqdə dəyişən geosiyasi şərtlər: İran seçkiləri və Trampın səfəri fonunda

25 May 2017 18:27

Bakıda helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin yaradılması ilə bağlı Tədbirlər Planı imzalanıb

25 May 2017 18:22

Məşhur müğənni 6 gündə iki ərini itirdi

25 May 2017 18:22

​Nadir Qafarzadəni məhv edən nə oldu?

25 May 2017 18:22

Qara nöqtələrə SON

25 May 2017 18:20

BDU-da Respublika Günü qeyd edildi

25 May 2017 18:18

İlham Əliyev Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25 May 2017 18:18

Rumıniya nümayəndə heyəti ADU-da olub

25 May 2017 18:15

Andiçmə mərasiminə gələn ANA

25 May 2017 18:13

İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib

25 May 2017 18:09

Dənizdən tapılan meyitin itkin düşən neftçiyə aid olub-olmaması müəyyənləşdirilir

25 May 2017 18:08

Karapetyanın ŞOK PLANI: “Bakını işğal edək və hər şey...”

25 May 2017 18:08

İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib

25 May 2017 18:08

Çində əcnəbi futbolçu transferinə görə 100 faizlik vergi tətbiq olunub

25 May 2017 18:07

"Qəbələ"nin futbolçusu rəsmən "Tobol"da

25 May 2017 18:07

Qəbələdə 2 ədəd tank əleyhinə tüstü minası tapılıb

25 May 2017 18:05

Türkiyədə 4 hərbçi və 1 qoruqçu şəhid olub, 3 terroçu zərərsizləşdirilib

25 May 2017 18:02

Neft bazarında tarazlıq 2019-cu ildən tez olmayacaq

25 May 2017 18:02

Qərargah: “Bir kişi meyiti tapılıb”

25 May 2017 18:02

"Unibank"dan Respublika gününə xüsusi kredit kampaniyası

25 May 2017 18:01

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

25 May 2017 18:01

Bu şəxslər “Şöhrət” ordeni ilə təltif edildi

25 May 2017 18:01

Ruminiyalı alimlər BDU-da

25 May 2017 17:58

Ata öz qızı ilə evləndi - RƏZALƏT!

25 May 2017 17:57

Bir gündə 7 türk hərbçi öldü

25 May 2017 17:55

Daha bir əfsanəvi oyunçu

25 May 2017 17:53

Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10 mln. manat güzəştli kredit verilib

25 May 2017 17:52

Cahangir Hacıyev ittihamları qəbul etmədi

25 May 2017 17:50

Putin İlham Əliyevi təbrik etdi

25 May 2017 17:48

Qocalmağa qoymayan NADİR MADDƏ: alfa lipoikin İNANILMAZ FAYDALARI

25 May 2017 17:48

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

25 May 2017 17:47

Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı

25 May 2017 17:47

“AtaBank” ASC-yə “MasterCard” beynəlxalq ödəniş sistemindən xüsusi mükafat təqdim edilib

25 May 2017 17:43

YAP-ın rayon təşkilatlarından birinin sədri dəyişib

25 May 2017 17:42

Fahişəni polis maşınından düşürüb qaçırtdılar - VİDEO

25 May 2017 17:42

Rəqsanənin bahalı hədiyyəsi, Safura nazir oğlu ilə...

25 May 2017 17:40