Məşhur "Voice" ("Səs") yarışmasının Rusiya versiyası olan "Qolos"da maraqlı anlar yaşanıb.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu həftəki buraxılışda münsiflər heyətində olan müğənni Qriqori Leps sürprizlə qarşılaşıb. İfaçının birinci evlilikdən olan 31 yaşlı qızı İnqa səhnəyə çıxıb. Lakin atası onun səsini tanımayıb. İnqa da çıxışından qabaqçı açıqlamasında atasının onun səsini yalnız bir dəfə uşaqlıqda eşitdiyini vurğulayıb.
Leps münsiflərdən heç birini döndərə bilməyən İnqanın səsini bəyənmədiyini deyib. Daha sonra isə, o, qızına gələcək üçün mənəvi dəstək verib.