Amerika kəşfiyyatı Rusiyanın Kalininqrada gizli şəkildə
“İsgəndər-M” raket komplekslərini yerləşdirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, “Röyters”ə danışan ABŞ
kəşfiyyatındakı mənbə Rusiyanın yeni müharibəyə hazırlaşa biləcəyi
ehtimalından danışıb.
“Rusiya Kalininqrada “İsgəndər-M” raket komplekslərini yerləşdirir.
2014-cü ildə təlimlər üçün bu ərazilərə raketlər gətirilmişdi.
Lakin bu dəfə müharibə hazırlığının olması da istisna deyil. Bu,
həmçinin, NATO-ya “əzələ nümayişi”dir”, - deyə mənbə bildirib.
Daha əvvəl “The Guardian” nəşri Estoniya mənbələrinə istinadən
məlumat yaymışdı ki, “İsgəndər-M” raket-kompleksləri
Sankt-Peterburqdan “Ambal” gəmisində daşınır.
Ekspertlər də Rusiyanın bu addımını yeni müharibəyə hazırlıq kimi
qiymətləndiriblər.
Asif