Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu, biabırçılıqdır!

Bu, biabırçılıqdır!

Date: 8 October 2016 12:17

Milli.Az xəbər verir ki, yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolu kənarında təxminən 20-25 dəqiqə dayanıb müşahidə aparıb və maraqlı mənzərənin şahidi olub.

Əsas diqqətini təhlükəsizlik kəmərindən istifadəyə yönəltdiyini deyən Ə.Hüseynovun sözlərinə görə, orta hesabla vəziyyət əvvəlkindən yaxşı olsa, ümumilikdə qənaətbəxş deyil:

"Təxminən 10 sürücüdən 7-si kəməri bağlayır (70% pis deyil).

Kəməri bağlı sərnişin görmədim, deməli, sərnişinlərin kəmərdən istifadəsi 0% ətrafındadır. Bu, biabırçılıqdır!

Kəməri bağlamayan sürücülər isə əsasən bunlardır:

- Bütün kateqoriyalardan olan avtobus sürücüləri - təxminən 20 sürücüdən yalnız biri kəmər bağlayır (uzağı - 5%);

- Taksi sürücüləri - hər 3 taksi sürücüsündən 2-si maşını kəmər bağlamadan sürür (kəmər taxanlar təxminən 35%);

- Yük avtomobili sürücüləri - kiçik yük avtomobillərinin sürcülərinin təxminən 70%-i kəməri bağlı sürür. İri, yəni 3,5 tondan ağır yük avtomobillərinin sürücüləri isə çox intizamsızdırlar. Onların 10-dan birində kəmər görmək olar;

- Paqonlu sürücülər (təxminən 7-8 paqonlu sürücü gördüm, cəmi ikisinin kəməri bağlı idi, hətta 1 nəfər paqonlu və kəmərsiz qadın da gördüm);

- Kəmər taxmayan və hər hansı xüsusi əlaməti olmayan başqa sürücülər də az deyil".

- Maraqlısı odur ki, kifayət qədər bahalı avtomobilləri idarə edən və imkanlı şəxs görkəmi olanlar arasında da kəmərlə sürənlər çoxdur".

Ekspertin diqqətimi başqa şey də cəlb edib: "Taksi tanınma nişanı olmasa da, təxminən hər 20 maşından biri məni potensial müştəri sayaraq yolüstü "xalturşik"lərə xas işarə verirdilər".

Yusif Nəsirli

Milli.Az


Tags:  biabırçılıqdır

RƏYLƏR


Top news