Misirdə terror gözlənilir – ABŞ xəbərdarlıq etdi

Misirdə terror gözlənilir – ABŞ xəbərdarlıq etdi
12:23 8 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Qahirədəki Səfirliyi Misirdə olan Birləşmiş Ştatların vətəndaşlarına bu ölkədə terror təhlükəsi ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarını Misirdə insanların sıx toplaşdığı yerlərə, o cümlədən, ticarət mərkəzlərinə, kinoteatrlara, muzeylərə və digər bu kimi ərazilərə getməməyə çağırıb.

Səfirlik bəyan edib ki, Misirdə terror ehtimalı olduğundan əhali öz təhlükəsizliyi üçün diqqətli olmalıdır.

ABŞ səfirliyinin bu bəyanatı ilə əlaqədar Misir hökumət rəsmiləri tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR