General: "Düşmənin nəinki raketləri, istənilən obyekti yerindəcə məhv ediləcək"

General: "Düşmənin nəinki raketləri, istənilən obyekti yerindəcə məhv ediləcək"
12:32 8 Oktyabr 2016
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda düşməni məhv edə biləcək elə silahlar var ki, onların barəsində heç kim danışmır, sirr saxlanılır.

Bunu Milli.Az-a hərbi ekspert, keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Azərbaycanın İsraildən "Dəmir qübbə" raket əleyhinə müdafiə (RƏM) sistemi alacağına dair xəbərləri şərh edərkən deyib.

Generalın sözlərinə görə, "Dəmir qübbə" sistemi olmadan da Azərbaycanın hava hücumundan müdafiəsi ən yüksək dərəcədə təmin olunub: "Bizdə hava hücumundan həm uzaq, həm orta, həm yaxın məsafədə müdafiə sistemləri və hərbi texnika kifayət qədərdir. Onlar tam modernləşdirilib və şəxsi heyəti isə peşəkar səviyyədə hazırlanıb. Hələlik "Dəmir qübbə" ilə bağlı heç bir rəsmi açıqlama olmayıb. Yəni bizim elə imkanlarımız var ki, ermənilərin "İskəndər" raketlərini, istər digər raketlərini və uçuş aparatlarının qarşısını almaq olar. Azərbaycanın hava hücumundan müdafiə sistemləri düşmən tərəfdən yönəlmiş istənilən təhlükəni məhv etməyə qadirdir.

Digər tərəfdən, bizim ordunun kəşfiyyat xidməti kifayət qədər məlumatlıdır. Bunun üçün lazımi vasitələr də var. Ona görə də düşmən bizim tərəfə belə raket buraxılışlarını heç həyata keçirə də bilməyəcək və nəinki onların atəş nöqtələri, hətta digər hərbi obyektləri və hədəfləri də yerindəcə məhv ediləcək".

Y.Aydəmirov Qarabağ müharibəsində azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilmiş general-mayor Seyran Saroyanın Ermənistanın "İskəndər" raketlərinə guya çoxdan malik olduğu və yalnız hərbi sirr olduğuna görə açıqlanmadığı, hətta bundan başqa da Azərbaycan tərəfinin bilmədiyi güclü silah və texnikalara sahib olduğu haqda fikirlərinə də münasibət bildirib: "O ermənidir və yalandan çox söz deyə bilər. İkincisi, ermənilər hər nə cürsə özlərini göstərmək və bizə nəsə guya "sürpriz" eləmək istəyirlərsə, bilsinlər ki, Azərbaycanda da elə silahlar var ki, onların barəsində heç kim danışmır, sirr olaraq saxlanılır".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/477179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR