Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ata üçəmləri ayırdı: "Bezdiriblər artıq!" - FOTO

Ata üçəmləri ayırdı: "Bezdiriblər artıq!" - FOTO

Date: 8 October 2016 12:42

"Onların sürəkli davalarından, didişmələrindən usanmışdım. Nə edəcəyimi bilmirdim. Axırda problemə çarə tapdım".

ABŞ-ın Ohayo ştatındakı Sinsinati şəhərində yaşayan 39 yaşlı Ceyk Uayt 2 yaşlı üçəm övladları maşında, arxa oturacaqda olarkən onların dalaşmalarının qarşısını almaq üçün "innovativ" vasitəyə əl atıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, yanğınsöndürmə xidmətində zabit olan ata oturacaqda kiçik kreslolara oturdulmuş övladlarını faner parçaları ilə "ayırıb".

"İndi sükan arxasında rahat oluram, uşaqlar konfet və ya şokolad üstündə "mübarizə" apara bilmirlər", - Ceyk deyib.

Milli.Az






Tags:  Ata üçəmləri ayırdı Bezdiriblər FOTO

RƏYLƏR


Top news