Salyanda bədən tərbiyəsi və idmanla 4 mindən çox gənc məşğul olur

Salyanda bədən tərbiyəsi və idmanla 4 mindən çox gənc məşğul olur
02:38 6 Mart 2015
89 İdman
Ölkə mətbuatı
A- A+


Salyan, 6 mart, Mahir Babayev, AZƏRTAC
Salyanda Bədən Tərbiyəsi və İdman Günü təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayonun rəhbər işçiləri, şəhər sakinləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunan bu günün yaranma tarixindən, ölkəmizdə idmana göstərilən qayğıdan, müasir idman infrastrukturunun yardılmasından söhbət açılıb. Qeyd edilib ki, hazırda Salyanda bədən tərbiyəsi və idmanla 4 min 312 nəfər məşğul olur. Onların istifadəsinə 197 sadə idman qurğusu, şahmat klubu, 38 idman zalı, üzgüçülük hovuzu, 4 futbol meydançası, müasir Olimpiya Kompleksi verilib.
Toplantıda salyanlı idmançıların qazandığı uğurlarından da ətraflı bəhs olunub. Bildirilib ki, onlar ötən il müxtəlif yarışlarda 5 qızıl, 8 gümüş və 11 bürünc medal qazanıblar. Aidə Baxışova isə cüdo üzrə beynəlxalq turnirdə birinci yerə çıxıb. Ümumilikdə 7 nəfər idmançı beynəlxalq yarışların mükafatçısıdır. Çıxışlarda bütün bu nailiyyətlər dövlətin idmana xüsusi önəm verməsinin nəticəsi kimi xarakterizə olunub.
Sonda bir qrup idmançıya rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri verilib.
Tədbir idmançıların nümunəvi çıxışları ilə başa çatıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Salyanda_beden_terbiyesi_ve_idmanla_4_minden_chox_genc_mesgul_olur-837228

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR