Hüseyn Məhəmmədov geri dönüşündən danışdı: “Tottini 40, mənim də 42 yaşım var”

Hüseyn Məhəmmədov geri dönüşündən danışdı:   “Tottini 40, mənim də 42 yaşım var”
12:57 8 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin sabiq üzvü, “Turan”, “Şəmkir”, “Kəpəz”, “Neftçi” kimi klubların formasını geyinən Hüseyn Məhəmmədov 42 yaşında futbolçu karyerasını bərpa edib.  I divizionda mübarizə aparan “Qaradağ Lökbatan”ın qapısını qoruyacaq veteran oyunçu ilə əlaqə saxlayıb, gözlənilməz qərarın səbəblərini öyrəndik.


- Futbolçu karyeranızı bərpa etməyiniz nə ilə bağlıdır? Məşqçilikdən yoruldunuz?


- Xeyr, qətiyyən! Məşqçi kimi də işimi davam etdirəcəyəm. Artıq bir ildir “Qaradağ Lökbatan”da məşqçi işləyirəm. Sadəcə olaraq, öz klubumdur,  çalışıram əlimdən gələni edəm. Bu, perspektiv üçün atılan addım deyil, təbii ki. 42 yaşım var, zəngin bir karyeram olub. Komandama hər tərəfli dəstək olmaq istəyirəm.


- Bunu rəhbərlik istədi, yoxsa öz fikrinizdir?


- Rəhbərliklə məsləhətli qərarımızdır. Düşündü ki, qapıçı kimi də komandaya faydalı ola bilərəm. Cavanlara motivasiya üçün bu addımı atdım.


- 2010-cu ildə karyeranızı bitirdikdən sonra 2013-də bərpa etmişdiniz. Bu, qapıçı kimi 3-cü dönəminiz olacaq...


- Bəli, düz qeyd edirsiniz. “Araz Naxçıvan”da oynadım. Pis də alınmadı, çempion olduq. 


- 42 yaş az deyil. Çətin olmaz ki?

- A seriyasında 40 yaşında oynayırlarsa, Azərbaycanda I divizionda çıxış etmək problem olmamlıdır. Tottini 40, mənim də 42 yaşım var. Bu yaşda oynamaq qəbahət deyil. Əksinə, gənclər üçün örnəkdir.


- Gənclər o qədər zəifdirlər ki, sizi 42 yaşında əlcək geyinməyə vadar edirlər?

- Məsələyə bu cür yanaşmayaq düz olmazdı. Qeyd etdiyim ki, stimul, motivasiya  üçün atılmış addımdır.


- Sabah “Şahdağ”la oyunda qapıda siz olacaqsınız?


- Buna baş məşqçi qərar verəcək. Nə vaxt istəsə, onda da oynayacağam. Mqsdim komandadakı gənc qapıçılara təcrübəmlə kömək olmaqdır


Fanat.Az 


 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-huseyn-mhmmdov-geri-donuundn-dand-t53181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR