Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ şok qərar hazırlığında: Dollar rekord həddə qalxacaq

ABŞ şok qərar hazırlığında: Dollar rekord həddə qalxacaq

Date: 8 October 2016 12:57

Treyderlər ABŞ Federal Ehtiyat Sisteminin (FES) bu ilin sonuna qədər uçot dərəcəsini artırma ehtimalını 64%-ə yüksəldə bilər.

Milli.Az report-a istinadən bildirir ki, monetar siyasətə daha həssas olan ABŞ-ın 2 illik dövlət istiqrazlarının faizi ölkədə xidmət sektorunda son ilin ən yüksək artımın qeydə alınması və emal sektorundakı gözlənilməyən inkişafla birlikdə son 4 ayın maksimal səviyyəsinə çatıb.

Tokioda yerləşən "Nomura Holdings İnc."in Asiya bölgəsi faiz üzrə direktoru Con Qorman (John Gorman) hesab edir ki, bu gün açıqlanması gözlənilən kənd təsərrüfatı xaric əmək bazarında göstəricilər yaxşı olarsa, FES artıq dekabrda uçot dərəcəsini artıracaq.

"Report"un analitik qrupu hesab edir ki, ABŞ noyabrda keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olmayaraq uçot dərəcəsini 2016-cı ilin sonuna qədər artıracaq: "Lakin əgər Respublikaçılar Partiyasının namizədi Donald Tramp prezident seçilərsə, uçot dərəcəsinin 2017-ci ildə artım sürəti daha da yüksələcək. Bu da USD/EUR məzənnəsinin paritetə çatmasına səbəb olacaq".

Milli.Az


Tags:  ABŞ şok qərar hazırlığında Dollar rekord həddə qalxacaq

RƏYLƏR


Top news