Bakı Dairəvi yolunda avtobusun iştirakı ilə ağır qəza olub, xəsarət alanlar var - FOTOSESSİYA

Bakı Dairəvi yolunda avtobusun iştirakı ilə ağır qəza olub, xəsarət alanlar var - FOTOSESSİYA
02:42 6 Mart 2015
204 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Mart 2015 02:26 ]

Bakı. Mahir Məmmədli-APA. Bakının Yasamal rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücünün Lökbatan qəsəbəsindən Bakı beynəlxalq avtovağzalı istiqamətində hərəkətdə olarkən, yağışlı havada sürəti düzgün seçməyib. Yüksək sürətlə hərəkətdə olan avtomobil sürücünün nəzarətindən çıxaraq, əvvəlcə yolayırıcı səddə çırpılıb. Daha sonra "Mercedes" Şəkidən Bakıya gələn sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində "Mercedes"dəki sərnişin Nicat Süleymanov ağır, digər sərnişinlər və sürücü isə yüngül xəsarət alıblar.

 

Yaralı Nicat Süleymanov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar yaralını xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər. Nicat Süleymanov xəstəxanaya yerləşdirilib, digər yaralılara isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/375149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR