Bakıda sərnişin metronun pilləkənindən yıxılaraq ağır xəsarət alıb

Bakıda sərnişin metronun pilləkənindən yıxılaraq ağır xəsarət alıb
13:02 8 Oktyabr 2016
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakı metrosunda qadın sərnişin yıxılaraq xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə metronun Nəriman Nərimanov stansiyasında qeydə alınıb.
Məlumata görə, 1983-cü il təvəllüdlü Şəbnəm Məmmədova stansiyanın çıxışında yerləşən pilləkəndan ehtiyatsızlıq nəticəsində yıxılaraq kəllə-beyin travması alıb.
Ş.Məmmədova təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-sernisin-metronun-pillekeninden-yixilaraq-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR