"Space"ə göstəriş verildi: "Bir az fəal olun"

"Space"ə göstəriş verildi: "Bir az fəal olun"
13:12 8 Oktyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəqəmsal yayıma keçidlə əlaqədar "SPACE" Müstəqil Teleradio Şirkəti (Space TV) hazırlıq işlərini hələ də yekunlaşdırmayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Space TV"-də rəqəmsal yayıma hazırlıq işlərinə baxış keçirsə də, ancaq telekanalın buna hazır olmaması müəyyən edilib.

Noyabrın 1-dən Azərbaycanda rəqəmsal yayıma keçid əlaqədar sözügedən telekanalın istifadə etdiyi texniki avdanlıqlara baxış keçirilən zaman məlum olub ki, "Space TV"də istifadə olunan texniki avadanlıqlar "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsus "Azərspace-1" peykinin Azərbaycan paketində yayımın tələblərinə cavab vermir.

Telekanal rəhbərliyinə tövsiyə olunub ki, "Xəzər", "Azad Azərbaycan" və "Lider" televiziya kanalları rəqəmsal yayıma artıq hazır olduğu üçün "Space TV" də bu prosesi tezləşdirməlidir. Əks təqdirdə yayımdan məhrum ola bilər. Çünki noyabrın 1-ə az müddət qalsa da, "Space TV" rəqəmsal yayım üçün tələb olunan texniki avadanlıqlara hələ də yiyələnməyib.

Xatırladaq ki, noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə dekoder cihazı olmadan televiziya kanallarına baxmaq mümkün olmayacaq. Çünki Milli Televiziya və Radio Şurası həmin tarixdən etibarən ölkədə analoq yayımın dayandırılacağını açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR