Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azərxalça” ASC-nin nizamnaməsi təsdiqləndi

“Azərxalça” ASC-nin nizamnaməsi təsdiqləndi

Date: 8 October 2016 13:18

Azərbaycan Nazirlər Kabineti “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsini və strukturunu təsdiq edib.

NK-dan Trend-ə verilən məlumata görə, cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Cəmiyyət onun nizamnaməsi ilə müəyyən edilmiş məqsədlər üçün lisenziya tələb olunan fəaliyyət növü ilə yalnız belə lisenziya aldıqdan sonra məşğul ola bilər. Cəmiyyətin nizamnamə kapitalı 15 000 000 manatdır.


Tags:  Azərxalça ASC-nin nizamnaməsi təsdiqləndi

RƏYLƏR


Top news