Azərbaycanlı deputat: "Gürcüstanda səsvermə sakit, azad, şəffaf və demokratik keçir”

Azərbaycanlı deputat: "Gürcüstanda səsvermə sakit, azad, şəffaf və demokratik keçir”
13:27 8 Oktyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 8 oktyabr. REPORT.AZ/ Gürcüstanda parlament seçkiləri davam edir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, seçki prosesini paytaxt Tbilisidə və Gürcüstanın bölgələrində Azərbaycandan gəlmiş deputatlar da izləyirlər.
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, beynəlxalq müşahidə missiyasının üzvü Əflatun Amaşov jurnalistlərə bildirib ki, səsvermə günü Azərbaycan parlament nümayəndə heyətinin iki üzvü Tbilisidəki məntəqələrdə olub, səsvermə prosesini izləyiblər: “Deputatlarımız bir neçə seçki məntəqəsində olublar. Müşahidələrimiz zamanı heç bir qanun pozuntusu ilə qarşılaşmadıq. Səsvermə sakit, azad, şəffaf və demokratik keçir”.
“Səsvermə başa çatdıqdan sonra Azərbaycandan gəlmiş müşahidələr səsvermənin nəticələri ilə bağlı mövqelərini açıqlayacaqlar” – deyə, Ə.Amaşov vurğulayıb.
Ə.Amaşovun sözlərinə görə, Milli Məclisin deputat Sabir Hacıyev AŞPA-nın, Əli Məsimli GUAM PA-nın missiyası tərkibində səsvermənin gedişini izləyirlər.
Hər iki deputat müşahidə missiyasının Gürcüstan bölgələrində həyata keçirir.
Azərbaycandan gəlmiş digər müşahidəçi, Milli Məclisin deputatı Hikmət Məmmədov da seçki prosesi zamanı heç bir qanun pozuntusu ilə qarşılaşmadıqlarını bildirib: “Bu gün Gürcüstanın ictimai siyasi həyatında mühüm hadisə baş verir, parlament seçkiləri keçirilir. Biz də müşahidəçi kimi səsvermənin gedişini izləyirik. Ümumilikdə Tbilisidə 11 məntəqədə olmalıyıq və artıq onlardan 5-də səsvermənin gedişini izləmişik. Səsverməyə hazırlıq yüksək səviyyədədir. Seçicilərin də siyasi fəallığı hiss olunur”.
H.Məmmədovun sözlərinə görə, Gürcüstandakı seçkiləri ciddi demokratiya yarışı da adlandırmaq olar: “Seçkilərdə 20-yə yaxın siyasi partiya və seçki blokları iştirak edir. Seçki marafonu çox sakit və demokratik keçir. Bunu çoxsaylı beynəlxalq və yerli müşahidəçilər də təsdiq edirlər”.
Qeyd edək ki, bu gün səhər Gürcüstanda parlament seçkiləri başlayıb. Saat 12:00-dək səsvermə ilə əlaqədar ciddi qanun pozuntusu qeydə alınmayıb.
Saat 11:00-dək seçicilərin 292 957 nəfəri və ya 8,34 faizi səsvermədə iştirak edib.





Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustanda-sesverme-sakit-azad-seffaf-ve-demokratik-kecir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR