Təyyarə qəza keçirdi (VİDEO)

Təyyarə qəza keçirdi (VİDEO)
02:56 6 Mart 2015
91 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Delta” aviaşirkətinə məxsus təyyarələrindən biri təhlükəil eniş edib.

ANS PRESS-ni məlumatına görə, hadisə martın 5-də Nyu-Yorkun La-Quardina hava limanında meydana gəlib.

Qəza şəraitinin yaranmasına səbəb isə güclü qar yağıntısının uçuş zolağını tutması olub. Nəticədə, içərisində 125 sərnişin olan "MD-88" tipli təyarə eniş zamanı sürüşərək uçuş zolağından çıxıb. Təyyarədə olan sərnişinlərdən 6 nəfəri yüngül şəkildə xəsarət alıb.

“Prioritetimiz müştərilərimizin və personalımızın təhlükəsizliyidir. Hər şey qaydasındadır. Hadisə ilə bağlı araşdırmamızı davam etdirəcəyik”, - deyə “Delta” hava şirkətindən açıqlama verilib.

Qeyd edək ki, qəza keçirən təyyarə Atlanta şəhərindən uçurmuş. Hadisədən sonra yağan qarın təhlükə yaratdığı səbəbilə ABŞ-ın federal aviasiya idarəsi hava limanının müvəqqəti bağlanması barədə qərar qəbul edib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=330063

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR