Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Faiq Ağayevdən jurnalistlərə jest

Faiq Ağayevdən jurnalistlərə jest

Date: 8 October 2016 14:11

Xalq artisti Faiq Ağayev media nümayəndələrinə jest edəcək.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, dekabrda baş tutacaq solo konsertində media nümayəndələri üçün xüsusi yer ayıracaq:

“Bu il dəvətnamələrin sayı az olacaq. Bütün konsertlərdə biletlə satılan yerlər dolu olur, dəvətnaməli oturacaqlar isə boş qalır. Əvvəlki konsertlərdə kimlər gəlməyib, bu dəfə onlara dəvətnamə olmayacaq. İstəsələr, gedib bilet alarlar. Mediaya hər zaman ən say-seçmə yerləri ayırmışam. Bu dəfə də elə olacaq. Onları işini həyata keçirmək üçün dəvət etmirəm, istirahət üçün çağırıram”.

Qeyd edək ki, F.Ağayevin "F.A. made in Azerbaijan" adlı konserti dekabrın 29-da və 30-da Heydər Əliyev Sarayında baş tutacaq. Gecəyə biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.


Tags:  Faiq Ağayevdən jurnalistlərə jest

RƏYLƏR


Top news