Həkimlərin səhvi 11 nəfəri kor etdi

Həkimlərin səhvi 11 nəfəri kor etdi
14:23 8 Oktyabr 2016
495 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının tanınmış Q.Qelmqols adına Elmi-təqdidat institutunda fövqəladə hadisə baş verib.

"Avastin" adlı dərmanın inyeksiyasından sonra ambulator müalicə alan 11 xəstə kor olub.

Medportal saytının məlumatına görə, hal hazırda bütün xəstələr əməliyyat olunub. Lakin ekspertlərin fikirinə görə, xəstələrin görmə qabiliyyətini bərpa etmək mümkün olmayacaq. Ən yaxşı halda görmənin 1-2% qalacaq.

Avastin preparatı əslində bağırsaq xərçənginin müalicəsində istifadə olunur və oftalmologiyada istifadə etmək üçün nəzərdə tutulmur.

Qelmqols adında institutunda bu preparatı eksperiment məqsədi ilə bəzi göz xəstəliklərinin müalicəsində istifadə etməyə başlayıblar. Lakin eksperiment çox acınacaqlı nəticələr verib.

Hal hazırda bu hadisə ilə bağlı araşdırmalar aparılır. (saglamolun.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR