69 ildən sonra futbol matçı keçirildi

69 ildən sonra futbol matçı keçirildi
14:27 8 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Kuba və ABŞ-ın futbol üzrə yığma komandaları arasında 1947-ci ildən sonra ilk dəfə yoldaşlıq görüşü keçirilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, Havanadakı Pedro Marrero adına stadionda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları 62-ci dəqiqədə Kris Vondolovski, 71-ci dəqiqədə isə Culian Qrin vurub.
Görüşü ABŞ vitse-prezidenti Co Baydenin xanımı Cill Bayden də izləyib. Həmin vaxt o, Kubada qeyri-rəsmi mədəni tanışlıq səfərində olub. İki ölkə 2014-cü ildə diplomatik münasibətləri bərpa etmək istəklərini açıqlayıblar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR