Çavuşoğlu Türk Mədəniyyət və İrsi Fondunun fəaliyyətini vacib hesab edir

Çavuşoğlu Türk Mədəniyyət və İrsi Fondunun fəaliyyətini vacib hesab edir
15:22 8 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Türk Mədəniyyəti və İrsi Fondu türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fondun prezidenti Günay Əfəndiyeva ilə görüşdə deyib.

G.Əfəndiyeva naziri fondun fəaliyyəti barədə məlumatlandırıb.

Fondun türk dünyası tarixinin, mədəniyyətinin və sivilizasiyasının qorunmasında vacibliyini qeyd edən nazir bildirib ki, Türkiyə həmişə təşkilatın fəaliyyətini dəstəkləməyə hazırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR