İkinci dəfə "oyandı", sahibini mat qoydu - FOTO

İkinci dəfə "oyandı", sahibini mat qoydu - FOTO
15:22 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yay fəsli öz yerini payıza təhvil versə də Tovuzda yerləşən bu bağda hələ yazdır. Bunu gilas ağacının yenidən çiçəkləməsi bir daha sübut edir.

ARB Kəpəz xəbər verir ki, maraqlı təbiət hadisəsi Tovuzda, Elxan Abdullayevin bağında qeydə alınıb.

Rayon sakini 10-12 il öncə həyətinə əkdiyi gilas ağacı çiçək açaraq ikinci dəfə məhsul verməyə hazırlaşır.

38 yaşlı bağ sahibi ilk dəfə olaraq belə halla rastlaşdığını deyir.

Mütəxəssislər isə sükunət dövrünü yaşayan bitkilərdə ara-sıra yalançı oyanış baş verməsini ağacda ehtiyat qidanın olması ilə əlaqələndirirlər. Amma belə halların baş verməsi heç də qəbul olunan deyil. Bağda becərilən digər ağaclardan fərqlənən qeyri-adi bitki il ərzində bol məhsuldarlığı ilə seçilir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR