Genetik araşdırmalar ermənilərin yarısının türk əsilli
olduğunu ortaya çıxarıb.
Publika.az xəbər verir ki, Türkiyədə genetika mütəxəssisi
Osman Çataloluk Ermənistanda 2000-ci ildən başlayaraq aparılan
genetik araşdırmalarının nəticəsində ermənilərin 49 faizinin
türk-qıpçaq əsilli olduğunu deyib.
Onun sözlərinə görə, bu, əvvəldən məlum olan həqiqətdir.
“Genetik araşdırmalarda Gaziantepdən başlayaraq Sivas, Amasiya,
Tokat yolu ilə Samsuna gedən, buradan da Qaradəniz boyunca
Gürcüstan və Ermənistana uzanan yüzlərlə R1b-M269 mutasiyasına rast
gəlinib. Bu mutasiyanın formalaşdığı tarix eramızdan əvvəl 4700-ci
illərdir. Bu tarix Subar-Şumer müharibəsinə təsadüf edir.
Şumerlərdən qaçan subar prototürklər Anadoludan geçərək burada
dağılır. Bir qismi də Qaradəniz sahillərində yerləşir. Kut/Qut,
Hitit, İskitlər və onlardan törəyən qıpçaqların ataları bu
prototürk qrupudur. Bu həqiqət indi ortaya çıxır”, - deyə türkiyəli
mütəxəssis bildirib.
Osman Çataloluk qeyd edib ki, hazırki Ermənistan torpaqlarında
tarix boyunca müxtəlif qəbilələr yaşayıb: “Armenia” sözü min
illərdir coğrafi yer adıdır. Yəni Ermənistan adı etnik köklə bağlı
deyil. Yalnız coğrafi bir termindir”.
Asif