10 gün əvvəl "KamAZ"ın altında qalmış kişi dünyasını dəyişib

10 gün əvvəl "KamAZ"ın altında qalmış kişi dünyasını dəyişib
15:42 8 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

10 gün əvvəl KAMAZ-ın altında qalmış 42 yaşlı Salyan sakini Zeynalov Mətləb Fəxrəddin oğlu bu gün Bakıdakı 1 saylı xəstəxanada (Semaşko) dünyasını dəyişib.

Virtualaz.org saytının məlumat verdiyi kimi, oktyabr ayının 31-də Salyan rayonunun Şorsulu kənd sakini M.Zeynalov öz həyətlərində ehtiyatsızlıqdan, evlərinə qonaq gəlmiş bacısının həyat yoldaşı Rafət Aslanovun idarə etdiyi "KamAZ"ın altında (yük maşınını arxaya hərəkət edirmiş) qalıb.

Həkimlər dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralıya onurğa sütunun sınığı və ağciyərin əzilməsi diaqnozu qoymuşdular və yaralının vəziyyəti ağır olduğundan, Bakı şəhərindəki xəstəxanaya gətirilmişdi.

Faktla bağlı Salyan Prokurorluğunda cinayət işi qaldırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/477451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR