Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR rəhbərliyi Şamaxıda körpünün açılışında iştirak edib

SOCAR rəhbərliyi Şamaxıda körpünün açılışında iştirak edib

Date: 8 October 2016 15:52

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Şamaxı rayonunun Dəmirçi kəndində, eyni adlı çayın üzərindən tikilmiş körpünün açılış mərasimi keçirilib. "Report" xəbər verir ki, açılışda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və vitse-prezidenti Xalik Məmmədov, "BP-Azerbaijan" şirkətinin prezidenti Qordon Birrell, vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Kənd sakinləri ilə görüşən R.Abdullayev deyib ki, körpünün inşası Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilib: "Tezliklə sizin kəndlər də gözəlləşəcək. Hətta, Lahıcı da ötüb keçəcək. Bundan sonra kəndinizə turistlər daha da çox gələcək".
SOCAR prezidenti onu da bildirib ki, dövlət başçısının göstərişi ilə Şamaxı rayonunun kəndlərinin bütün infrastrukturu yenilənəcək: "Bütün evlərin dam ortüyü, darvazaları, elektrik və qaz xətləri yenilənəcək".
Qeyd edək ki, Dəmirçi çayı üzərindən tikilmiş körpü Şamaxının ümumi əhalisi 1 000 nəfərə qədər olan 3 kəndini rayon mərkəzi ilə əlaqələndirəcək.



Tags:  SOCAR rəhbərliyi Şamaxıda körpünün açılışında iştirak edib


RƏYLƏR


Top news