Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İngiltərə millisinin yeni baş məşqçisi Roberto Mançini ola bilər

İngiltərə millisinin yeni baş məşqçisi Roberto Mançini ola bilər

Date: 8 October 2016 15:52

Bakı. 8 oktyabr. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun sabiq baş məşqçisi Roberto Mançini futbol üzrə İngiltərə milli komandasına rəhbərlik edə bilər. "Report"un "Football İtalia"ya istinadən məlumatına görə, italiyalı mütəxəssis 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Malta ilə matçı izləməyə dəvət alıb.
Onun tribunada şəxsən yer alması İngiltərə Futbol Assoasiyası (FA) ilə danışıqlarının uğurlu gedişindən xəbər verir. Daha əvvəl FA-dan bildirilib ki, yığmanın baş məşqçi postuna Arsen Venger ideal namizəddir. Ölkə millisi Sem Ellardaysın korrupsiyaya yol verdiyi üçün istefaya göndərilməsindən sonra başsız qalıb.
Qeyd edək ki, İngiltərə millisini bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq oyuna Qaret Sautgeyt çıxaracaq.  

Tags:  İngiltərə millisinin yeni baş məşqçisi Roberto Mançini ola bilər


RƏYLƏR


Top news