Şok! Təcavüzçünü parçalayıb yandırdılar (FOTO)

Şok! Təcavüzçünü parçalayıb yandırdılar (FOTO)
04:06 6 Mart 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanda zorlama şübhəsi ilə həbsxanada saxlanılan şəxs hiddətli izdiham trəfindən dəhşətli şəkildə cəzalandırılıb. ANS PRESS-in məlumatına görə, hadisə Naqaland əyalətinin Dimapur şəhərində baş verib.

Şəhərdə, ötən ay tələbə qızın 35 yaşlı banqladeşli Syed Fərid Xan tərəfindən dəfələrlə zorlanması hadisəsinə qarşı etiraz aksiyası keçirilib. “Gənc Tələbə Federasiyası” tərəfindən təşkil olunan aksiyaya qoşulanların sayı on minlərə çatıb.

Yürüş zamanı şübhəlinin olduğu həbsxananın qarşısından keçərkən hiddətli izdiham binaya hücum edərək qapıları sındırıb və Syed Fərid Xanı qaçırıb.

Şübhəlini çılpaq soyunduraraq 7 km yerdə sürüyən aksiyaçılar onu daşlarla və dəyənəklərlə döyüblər. Daha sonra parçalanan təcavüzçü izdiham tərəfindən od vurularaq yandırılıb.

Hiddətli izdiham daha sonra avtomobil ticarəti ilə məşğul olan şübhəlinin mağazasının olduğu küçədəki bütün evlərə və mağazalara od vurub.

Baş verənlərə müdaxilə etmək istəyən polislə nəzarətdən çıxmış izdiham arasında insident baş verib və çox sayda insan yaralanıb.

Xatırladaq ki, zorlama cinayətinə görə Hindistan dünyada ilk yerdədir.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=330066

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR