Bu restoranda aldığın maaşa görə hesab ödəyirsən - Müştərilər ŞOKDA FOTO/VİDEO

Bu restoranda aldığın maaşa görə hesab ödəyirsən - Müştərilər ŞOKDA FOTO/VİDEO
15:53 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yoxsullar eyni yeməyə varlılardan daha az pul ödəyirlər.

ARB TV-nin "Pəncərə" verilişində maraqlı sujet yayımlanıb.

Los-Ancelesdə açılan bu restoran dünyanın diqqət mərkəzindədir. Çünki burada qiymətlər stabil deyil.

"Everytable" adlanan restoranda yeməklərin qiymətləri müştərilərin maddi vəziyyətinə görə dəyişir.Yemək istəyən şəxsin aylıq gəliri bilindikdən sonra, ona seçdiyi yeməyin qiyməti deyilir. Yəni eyni yeməyə görə yoxsul insanlar daha az, orta gəlirli insanlar standart, yüksək gəlirlilər isə nisbətən yüksək məbləğ ödəyirlər.

Ümumiyyətlə isə yeməklərin qiyməti 2.5-4.5 dollar arası dəyişir. Müştərilərin artıq qalan yeməkləri isə atılmır. Onlar toplanır və küçələrdə xüsusi yerlərə qoyulur ki, evsiz-eşiksiz insanlara lazım ola bilər.

Dünyada ilk dəfədir ki, tətbiq olunan bu qiymət strategiyası Amerikalılarda olduqca böyük maraq yaradıb. Əslində, "Everytable" bir "fast food" restoranıdır, amma zərərli qidaların satışı burada mümkün deyil. Yalnız təbii və sağlam qidalara üstünlük verilir. Mövzu Azərbaycanda da, sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.






Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/171437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR