Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cennifer Lopez və Kseniya Sobçak arasında mübahisə - video

Cennifer Lopez və Kseniya Sobçak arasında mübahisə - video

Date: 8 October 2016 16:11

Müğənni Cennifer Lopes noyabrın 10 və 11-də Moskvada konsert verəcək.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Cey Lonun dünya turnesi çərçivəsində baş tutacaq şou ilə bağlı onlayn mətbuat konfransı keçirilib. Müxtəlif ölkələrdən gələn sulları cavablandıran müğənni rus jurnalist Kseniya Sobçakın sualı zamanı çətinlik çəkib.

Kseniya ona Rusiyada siyasi fəaliyyətlərinə görə təqib olunan "Pussy Riot" qrupu haqda sual verib və Madonnanın onları müdafiə edən çağırışını xatırladıb. Cennifer isə qrupun adını birinci dəfə eşitdiyini bildirib. Lakin Sobçak siyasi suallarına davam etdikdə Lopes bir qədər səsini qaldıraraq yarızarafat, yarıciddi şəkildə ona etirazını bildirib:

"Mən heç bir siyasi söhbətə daxil olmaq istəmirəm. Mən müğənniyəm, aktrisayam, rəqqasəyəm, prodüserəm, sənətçiyəm. Bu barədə danışa bilərəm. Görürəm ki, ardıcıl olaraq məni siyasi söhbətlərə qatmağa cəhd edirsən. Məncə, hər bir insan öz ürəyinin səsini eşitməlidir".


Tags:  Cennifer Lopez Kseniya Sobçak arasında mübahisə video

RƏYLƏR


Top news