İngiltərə yığmasının baş məşqçisi postuna Roberto Mançininin gətirilməsi reallaşmaq üzrədir.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis ingilislərin oyununa dəvət edilib.
Belə ki, İngiltərə Futbol Assosiasiyası Mançinini bu gün Malta ilə baş tutacaq görüşü tribunadan izləməyə çağırıb. Bu isə təcrübəli çalışdırıcının Sem Ellerdaysın istefaya göndərilməsindən sonra boş qalmış postu tutacağını deməyə əsas verir.
Qeyd edək ki, məşqçiliyə 2001-ci ildə başlayan Mançininin son iş yeri İtaliyanın "İnter" klubu olub.
Milli.Az