Neftin qiyməti qalxdı

Neftin qiyməti qalxdı
04:06 6 Mart 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında neftin qiyməti qalxıb.

ANS PRESS-in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 60,80 dollara çatıb.

Təhlilçilərin fikrincə, dolların gücləndiyi və İranla Qərb arasında nüvə razılaşmasının yaxınlaşdığı bir şəraitdə bu artım müvəqqəti ola bilər.

Dolların güclü olması neftin qiyməti üçün neqativ faktor sayılır, çünki bu, başqa valyutalara malik alıcıların xam neftə tələbatını azaldır.

Bundan başqa, analitiklər neft qiymətlərinin 25 sent qalxmasına səbəb Liviya və İraqdan neft ixracında yaranan fasilələrin olduğunu bildirirlər.

Xatırladaq ki, Beynəlxaq Valyuta Fondunun baş direktoru Kristin Laqard neftin qiymətinin ucuz olmasının qlobal iqtisadiyyatın dirçəlməsi üçün yetərli olmadığı haqqında bəyanat vermişdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=330065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR