Messi "Barselona"dan bu kluba gedəcək - ŞƏRT

Messi "Barselona"dan bu kluba gedəcək -   ŞƏRT
16:17 8 Oktyabr 2016
112 İdman
Ölkə mətbuatı
A- A+

Lionel Messinin karyerasını futbolun sirrlərini öyrəndiyi "Nevell`s Old Boys"da bitirmək istədiyi hər kəsə bəllidi. Argentinalı ulduz bu arzusunu dəfələrlə dilə gətirib.


Fanat.Az xəbər verir ki, Messi bu istəyini reallaşdırmaq yönündə ciddi addım atmaq niyyətindədi. "Don Balon"un yaydığı məlumata görə, futbolçu "Barselona" ilə bağlamağa hazırlaşdığı yeni müqaviləyə karyerasını "Nevell`s Old Boys"da bitirməklə bağlı maddə saldıracaq.


Qeyd edək ki, Messi 7 yaşında - 1994-cü ildə "Nevell`s Old Boys"da futbolun sirrlərini öyrənməyə başlayıb və 2001-ci ildə "Barselona"ya transfer olunub.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-messi-quotbarselonaquotdan-bu-kluba-gedck-t53187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR