Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uşaq qidaları təhlükə saçır - Həkimlərin növbəti fırıldağı

Uşaq qidaları təhlükə saçır - Həkimlərin növbəti fırıldağı

Date: 8 October 2016 16:28

Azərbaycanda pediatrların qida şirkətləri ilə işbirliyi var. Bəzi həkimlər bu səbəbdən körpələrə ana südü əvəzinə, süni qidaları məsləhət görür. Nəticədə,sünü qida ilə qidalanan körpələrin sayı getdikcə artır”.

Bunu Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycanda bu sahədə ciddi problemlər var. “Körpələrin qidalanmasına dair qanun və Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə əmzirməyə dair kodeksi var. Bütün bunlara baxmayaraq, pediatrlarla süni qida şirkətləri arasında ciddi əlaqə var. Şirkətlər pediatrları maliyyələşdirir və onların vasitəsilə öz məhsullarını satırlar.

Rəsmi məlumatlarda 50 faiz qeyd edilsə də, apardığımız araşdırmalara görə ana südü ilə əmzirmə Azərbaycanda 40 faizdən yuxarı deyil. Ciddi problemlərdən biri budur ki, Azərbaycanda süni qidanı mükəmməl ekspertiza edən laboratoriya yoxdur. Təhlükəsizliklə bağlı yalnız gigiyenik sertifikat verilir. Körpə qidaları mürəkkəb məhsul olduğundan onların ekspertizası mütləq lazımdır”.

E.Hüseynovun fikrincə, pediatrlar ana südündən çox körpəni süni qida ilə qidalandırmağı analara tövsiyyə edirlər. “Analar doğum evlərindən çıxan kimi onlara zənglər gəlir və körpələrə süni qidalar təklif olunur. Təəssüf ki, Azad İstehlakçılar Birliyi pediatrlarla süni qida distributorlarının əlaqələrini ifşa edə bilməyib. Biz buna çalışırıq. Süni qidalardan çox istifadə onların qiymətlərinin artmasına gətirib çıxarır.

Ana südü ilə əmzirməyə dair Beynəlxalq Təşkilatdan (İBFAN) daha çox “Nestle” firmasının süni qidalarına dair məktublar gəlir və bu qidanın uşaqlar üçün arzuolunmaz olduğu bildirilir. Təşkilat insanları “Nestle” süni qidalarını boykot etməyə çağırır. Bununla bağlı oktyabrın 28-dən noyabrın 4-dək kampaniya keçirəcək. Körpə qidalarının bəzilərində genetik modifikasiya olunmuş komponentlər-soya yağları və soya südləri var”.

Təşkilat sədrinin sözlərinə görə pediatrlarla qida distributorlarının əlaqəsi olduqca, ana südü ilə əmzirmənin faizi aşağı olacaq. “Süni qidalarla bağlı reklam materiallarında ana südü ilə bağlı vacibiyyət bildirilməlidir. Amma biz bunu reklamlarda görmürük. Qidalar harada gəldi satılır. Başqa ölkələrdə bu ixtisaslaşmış yerlərdə satılır”. (azvision.az)


Tags:  Uşaq qidaları təhlükə saçır Həkimlərin növbəti fırıldağı

RƏYLƏR


Top news