"Neftçi"nin zədəlilərindən son xəbər

"Neftçi"nin zədəlilərindən son xəbər
16:32 8 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar"ın tibbi-bərpa mərkəzi bununla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, "Neftçi"nin əsas heyətinin üzvü Elşən Abdullayev müalicə və bərpa prosesini davam etdirir. Futbolçu hazırda fərdi məşqlər edir. Yarımmüdafiəçinin oktyabrın 10-da komanda ilə məşqlərə cəlb olunacağı planlaşdırılır.

Cavid İmamverdiyev sol budundan aldığı zədədən müalicə olunur. Komanda ilə məşqlərdən kənarda qalan yarımmüdafiəçinin 3-4 həftəyə sağalacağı gözlənilir.

Katalin Tira ayaq əzələsindəki zədədən müalicə olunur. Hücumçu oktyabrın 10-da komanda ilə məşqlərə qoşulacaq.

Kamran Nəcəfzadə isə sağ dabanının zədəsinə görə Almaniyada müayinə olunub. Almaniyalı mütəxəssislərin rəyinə görə, yarımmüdafiəçiyə cərrahi müdaxilə olunmasına ehtiyac var. Əməliyyatdan sonra bərpanın müddəti 9 aydır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR