Dəm çayını zibil qabına atmayın - 10 PROBLEMƏ ÇÖZÜM

Dəm çayını zibil qabına atmayın - 10 PROBLEMƏ ÇÖZÜM
16:47 8 Oktyabr 2016
371 Ölkə
Ölkə mətbuatı
A- A+

Çay paketlərini istifadə etdikdən sonra, təbii ki, atırıq. Ancaq lazımsız hesab bildiyimiz bu paket evdə bir çox işinizə yaraya bilər. Ona görə də nə stəkana saldığınız paket çayı, nə də çaydanda qalan dəmi atın. Aile.lent.az dəm çayının inanılmaz faydalarını sadalayır.

 
Günəş yanıqlarına yaxşı təsir edir

 
Çaynikdə qalan, istifadə edilmiş yaş çayı dəridəki yanan bölgəyə çəkin. Bu üsul ağrını yüngülləşdirməyə kömək edəcək.

Bitkilərinizi qidalandırın 
 
Dibçəkdə yetişdirdiyiniz bitkilərin daha tez böyüməsi, inkişaf etməsi üçün sadə bir üsula əl atın: çay dəmini saxsının dibinə tökün.

Parket təmizliyində istifadə edin
 
Təzə dəmlənmiş çay taxta mebel və döşəmə təmizliyi üçün mükəmməl bir məhsuldur. Dəmləyib içdiyiniz çay paketlərini və ya dəmi qaba tökün. Sonra mebellərinizin tozunu bu qabdakı suya batırdığınız yumşaq bir əski ilə silin. Eyni formada parketi də bu suyla təmizləyin. Taxta səthlərin və parketin parladığının şahidi olacaqsınız.

Diş əti problemlərinə çarə ola bilər
 
Diş əti qanaması probleminiz varsa və dişinizi çəkdirdikdən sonra yaxşılaşma müddətində ağrı hiss edirsinizsə, soyuq su ilə islatdığınız çay paketini ağrıyan bölgəyə qoyun. Həm qanamanı, həm də ağrını dayandırar.
 
Kamin təmizliyində istifadə edin
 
Kamində külü təmizləməzdən əvvəl ətrafın çirklənməməsi üçün külün üzərinə yaş çay dəmi tökün. Beləcə, kül uçmayacaq və asanlıqla təmizlik işi aparacaqsınız.

 
Güzgüləri parladır

 
Çaydanda qalan dəmin içinə soyuq su tökün. Güzgüləri bu suya batırdığınız əski ilə silin. Güzgülərin necə parıldadığını görəcəksiniz.

Ət bişirən zaman istifadə edin
 
4 xörək qaşığı quru çayı ilıq suyla 5 dəqiqə dəmləyin. Dəmi süzdükdən sonra çayı ½ stəkan qara şəkərlə qarışdırın və şəkər həll olunana qədər kənarda saxlayın. Bu arada əti soğan, sarımsaq və ədviyyatlarla bişirəcəyiniz qaba yerləşdirin. Üzərinə hazırladığınız çay qarışımını tökdükdən sonra əvvəldən isitdiyiniz sobaya qoyun. Qırmızı ət çay sayəsində çox yumşaq olacaq.
 
Ayaq qoxusunu aradan qaldırır
 
Ayaqlarınızı yaxşıca dəmlənmiş çayla qarışdırdığınız ilıq suda 20 dəqiqə saxlayın və ayaq qoxusundan xilas olun.

 
Göz altı halqalara son qoyun

 
2 ədəd çay paketini ilıq suda isladın. Üstündən çox vaxt keçməyibsə, içdiyiniz çay paketlərindən də istifadə edə bilərsiniz. Çay paketlərini gözlərinizin üzərində 20 dəqiqə saxlayın. Çayın tərkibindəki tanin maddəsi gözlərinizdəki şişkinliyin aradan qaldırılmasını təmin edəcək.

Saçlarınız üçün təbii məhsul
 
Saçlarınızın təbii rənginə dönməsi üçün: 3 çay paketini bir stəkan suda dəmləyin. Hərəsindən bir xörək qaşığı adaçayı və bibəriyə çayı da əlavə edin. Bu formada 1 gün saxlayın. Saçlarınızı şampunla yuduqdan sonra bu qarışımı saçınıza tökün və durulamadan bir dəsmalla bükün. Çayın ağ saçları köhnə təbii rənginə döndərməsi üçün bu üsulu bir neçə dəfə təkrarlayın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/477457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR