Dünyanın 5 ən çox güləşən xalqı - FOTOLAR

Dünyanın 5 ən çox güləşən xalqı -  FOTOLAR
16:53 8 Oktyabr 2016
102 İdman
Ölkə mətbuatı
A- A+

Hər bir xalqın özünəməxsus milli güləş növü var. Lakin dünyada elə xalqlar da var ki, onlar güləşə xüsusi önəm verir, onun inkişafına diqqət ayırırlar. Özü də lap tarixi dövrlərdən, qədim zamanlardan başlayaraq. Hətta elə xalqlar da var ki, onlar güləşçilərinin, pəhləvanlarının, regional və dünya miqyaslı yarışlarda medallar qazanan idmançılarının çoxluğu ilə seçilirlər.

Publika.az dünyanın ən çox güləşən 5 xalqını təqdim edir.

Yazıya hələ qədim zamanlardan güləşə xüsusi yer ayıran, pəhləvanları ilə seçilən xalqımızla başlamaq istərdik. Azərbaycanda güləşin özünəməxsus xüsusiyyətləri, qədim tarixi var. Bu, “Qorxma mən səninləyəm” filmində çox gözəl əks olunub. SSRİ xalq artisti Lev Durov çəkildiyi filmdə məşqə belə başlayır: “Yeri gəlmişkən, mən sizin güləşdən çox şey öyrəndim.

Yunan-roma güləşi respublikamızda Böyük Vətən Müharibəsindən sonra sürətlə inkişaf edib. Azərbaycanın dünya çepmiopnu titulunu ilk dəfə 1978-ci ildə Meksikada keçirilən çempionatda Arif Niftullayev qazanıb.

Azərbaycan pəhləvanları arasında çoxlu sayda sərbəst və klassik güləşçi var. Məşhur pəhləvanlardan İbrahimpaşa Dadaşov, üçqat dünya çempionu Məhyəddin Allahverdiyev və digərləri beynəlxalq yarışlarda uğurlu çıxışları ilə idman tarixinə düşüblər. Məhyəddin Allahverdiyev 1980-1990-cı illərdə üçqat dünya çempionu titulunu əldə etməklə Azərbaycan güləşinin hansı səviyyədə olduğunu sübut edib. London olimpiadasındakı qazanılmış medallar heç də asan başa gəlməyib.

Dağıstan dağlar ölkəsi, “dillər” ölkəsi (burda bir neçə xalq yaşayır) və güləşçilər ölkəsi adlandırılır. Burda güləşçilərin çoxluğu səbəbindən hətta belə bir yumorlu məsəl də yaranıb: “Kütləyə daş atsan idman ustasına dəyəcək. İki daş atsan, Avropa çempionuna, bir ovuc daş atsan olimpiya çempionuna dəyəcək. Zarafat öz yerində, burda xeyli sayda güləş çempionu var. Dağıstan dünya çempionatlarında qızıl medallarının miqdarına görə, dünyanın bütün ölkələrindən öndədir. Bu dağlıq diyarın pəhləvanları son yarışlarda daha 43 medalı respublikanın idmanına bəxş etdilər. Məsələ burasındadır ki, hələ qədim dövrlərdən güləş Dağıstanda təkcə idman növü yox, həyatın bir parçası kimi məşhurlaşıb.

Yüksək dağların sərt şəraiti kişilərdən dözüm, qeyri-adi güc, iradə və inad tələb edirdi. Dağıstan pəhləvanları gündəlik həyat tərzinə çevrilmiş təkbətək əlbəyaxa idman növünün bu ölkədə necə inkişaf etdiyini beynəlxalq miqyasda da sübuta yetirdilər. “Sali Süleyman” təxəllüsü ilə məşhur olan Mamma Mahtilayevi əbəs yerə “Dağıstanın məğlubedilməz aslanı” adlandırmırlar. Bununla yanaşı, Surakat Asiyatopov, Həbib Nurmaqomedov və digərləri beynəlxalq yarışlarda medallar qazanaraq ölkə güləşinin simvoluna çevriliblər.

Osetinlər neçə illərdir dağıstanlılarla kimin daha yaxşı güləşçi olması məsələsini araşdırırlar. Bu ölkənin sərbəst güləşçiləri hələ XX əsrin ortalarında güləşin olimpinə ucalıblar. 1952-ci ildən etibarən onlar 6 dəfə RSFSR çempionatının ən güclüsü olublar.

Osetiyanı təmsil edən sərbəst güləşçilər bu gün də dünyanın ən yaxşı idmançılarından sayılır. Güləş bu ölkədə ağlasığmaz dərəcədə məşhurdur və öz yerini başqa idman növünə vermir. Belə ki, hər gün məşqlərə yüzlərlə uşaq qatılır. Osetiyada güləş ənənəsi həm də əfsanəvi pəhləvanlara görə qalmaqdadır. Onlardan ən məşhuru Temirbolat Kanukovdur. İki metr 28 santimetr boya malik idmançı 22 kiloqram çəkiyə malik idi. Osetiyanın Noqir kəndi Ginnesin “Rekordlar” kitabına düşüb. Bu kəndin 4 güləşçisi olimpiya çempionu adını qazanıb. Onlardan biri isə üçqat çempion olub. Ümumiyyətlə, bu ölkədən 60-dan çox güləşçi dünya və olimpiya çempionu olub.

İran idmançıları dünya çempionatlarında qazanılmış qızıl medalların sayına görə heç də digər xalqlardan geri qalmırlar. Bunu həmin idman növünün qədim tarixi ilə əlaqələndirmək olar.

Məlumatlara görə, güləşin bu ölkədə 3000 illik tarixi var. Güləşin yüksək inkişafının əldə olunduğu ölkə bu gün də həmin idman növündəki nailiyyətləri ilə seçilir. Təsadüfi deyil ki, İran güləşçiləri hazırda dünyanın ən güclü idmançılarındandır. Bu ölkənin yığması Londondan vətənə 6 medalla qayıtdı. Onlardan 3-ü qızıl medal idi.

Monqolustanda güləş milli idman növüdür. Bu ölkədə yeniyetmə və gənclərlə yanaşı uşaqlar, hətta qocalar da güləşir. Xalq güləşi burada xüsusi mərasimləri, qaydaları və spesifik xüsusiyyətləri özündə əks etdirir.

Təsadüfi deyil ki, monqol güləşçiləri tez-tez olimpiya oyunlarında üstünlüklər qazanırlar. Meksikada keçirilmiş Olimpiadada da ölkə medalların sayına görə 4-cü yerdə qərarlaşdı.

Anar Tağıyev


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR