Gürcüstanda keçirilən parlament seçkilərində səs vermək istəyən yaşlı kişi Şida Kartli regionundakı Kareli şəhərində vəfat edib.
"Report"un Gürcüstan KİV-inə istinadən verdiyi məlumata görə, Karelidə dairə seçki komissiyasının sədri Zaza Nadiraşvili bildirib ki, kişinin vəziyyəti 23 saylı seçki məntəqəsinin yaxınlığında pisləşib: "O, xəstəxanaya aparılarkən yolda vəfat edib".
Milli.Az