Aktual mövzular: Dollar alış-satışı , Cəbhədə gərginlik, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Almaniyada TERROR HƏYƏCANI

Almaniyada TERROR HƏYƏCANI

Date: 8 October 2016 17:23

Almaniyanın şərqindəki Saksoniya əyalətində böyük terror həyəcanı yaşanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror həyəcanı ilə əlaqədar Almaniya polisi və təhlükəsizlik qüvvələri səfərbər olunub.

Təhlükəsizlik qüvvələri Almaniyanın Çemnits bölgəsində terror aktı planlaşdırmaqda şübhəli bilinən evə hücum təşkil edərək, xüsusi əməliyyat keçirib.

Əməliyyatdan əvvəl isə yaxınlıqda yerləşən evdə partlayış baş verib. Polis ətraf ərazilərə giriş-çıxışı məhdudlaşdırıb. Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub.

Vasif Həsənli


Tags:  Almaniyada TERROR HƏYƏCANI

RƏYLƏR


Top news