Ayın qaranlıq üzündəki SİRR: SSRİ tədqiqatçısı müəmmaları açıqladı - FOTOLAR

Ayın qaranlıq üzündəki SİRR: SSRİ tədqiqatçısı müəmmaları açıqladı - FOTOLAR
17:33 8 Oktyabr 2016
129 Maraqlı
Ölkə mətbuatı
A- A+

1959-cu il oktyabrın 7-də "Luna-3" sovet avtomat stansiyası dünyada ilk dəfə olaraq Yer kürəsinin təbii peykinin əks tərəfinin fotosunu çəkdi. Ayı hələ dan yeri ağararkən müşahidə edirdilər. Və bu, həmişəlik olaraq müəmmalı qaldı. Heç kim bilmirdi ki, onun əks tərəfində nələr gizlənir. Bütün bunlar bir çox miflərin ortaya çıxmasına səbəb oldu.

"Luna-3" stansiyası alimlərə uzaq kosmosda obyektlərdən informasiyanın alınmasının, onların izlənilməsinin ilk təcrübəsini verdi. Ekspedisiya üzvlərinin kosmik hazırlıqları, qarşılaşdıqları çətinliklərin təfərrüatları mətbuata bu yaxınlarda məlum olub.

Publika.az "Rusiya Kosmik Sistemləri" şirkətinin əməkdaşı Rudolf Baxitkonun bütün bunlarla bağlı mediaya müsahibəsindəki bəzi maraqlı məqamları təqdim edir. Qeyd edək ki, o, 1959-cu ildə "Luna-3" stansiyası üçün bort sistemlərinin hazırlığında və Ayın əks tərəfinin şəklinin çəkilməsində şəxsən iştirak edirdi.

Həmin illərdə Ayın əks tərəfi barədə özünün və həmkarlarının düşüncələrini bölüşən Rudolf Baxitko bildirib ki, o və mühəndislər, xüsusən SSRİ Elmlər Akademiyasının astronomları hər hansı yadplanetlini görəcəklərini gözləmirdilər: “Güman edirdilər ki, yalnız Ayın səthi strukturu onun görünən tərəfindən bir az fərqli ola bilər.

Ümumiyyətlə, biz məsələnin bu tərəfinə onda çox əhəmiyyət vermirdik. Bizi daha çox aparaturanın yaradılması, onu şəklini necə çəkmək, hansı məsafədə yerləşdirmək maraqlandırırdı. Bu, sadə deyil, mürəkkəb məsələ idi. Həmin vaxta qədər dünyada heç kim buna oxşar heç nə etmirdi.

Layihə bir nömrəli Baş Təcrübə Konstruktor Bürosunda və Elmlər Akademiyasında başlandı. Bizim qarşımıza aparat sistemlərini idarə etməyi, bortdan siqnal verməyi və onu Yer kürəsində qəbul etmək məsələsini qoydular.

Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin şöbə rəisi Elmi-Tədqiqat İnstitutuna gəldi. Bizi cərgəyə düzdülər. O, dedi: "Vətən sizi unutmayacaq: kosmik əlaqələri qəbul edib ötürmək üçün bort cihazını yaratmaq lazımdır”.

Artıq 9 ay sonra onu stansiyanın kosmosdakı bortuna buraxmaq lazım idi. Həmin vaxtlar tapşırıqları icra etmək üçün bu qədər vaxt ayrılırdı: “Əksəriyyətimiz gənclərdən ibarət idi. İnstitutu yenicə bitirmişdik. SSRİ-də təkmilləşən tranzistorları həyatımızda ilk dəfə idi görürdük. O vaxt heç bir mikrosxem, prosessor yox idi. Müəssisədə bizi xüsusi otaqla təmin etdilər. Onun içinə yığılıb açılan çarpayı qoydular. İşə bazar ertəsi səhər gəlir, şənbə günü qayıdırdıq. Yalnız bazar günü evdə olurduq. İki-üç ay bu cür işlədik. Heç kim şikayət etmir və əlavə iş üçün pul istəmirdi.

Bortötürücü aparatın gücü Yer kürəsində qəbulun təmin edilməsinə çatmırdı. O vaxt işimizə hərbi qurum nəzarət edir, tapşırılan işin görülməsini tələb edirdi.

Biz zarafatyana hətta "sənəd" də təşkil etdik: "Hesab etmək olar ki, Yer kürəsindən Aya qədər məsafə 384 min kilometr yox, 184 min kilometrdir, çünki bunu daha rahat bacarar. Onu hamıya göstərirdilər. Baş konstruktor sənədi görəndə buna həmçinin o da yumorla yanaşdı və "sənədi" təsdiq etməyi təklif etdi”.

Onun sözlərinə görə, gərgin iş şəraitində hər şey uğurla alınıb: “Bu uzaq kosmik əlaqə üçün dünyada ilk qəbuledici-ötürücü aparat idi. O, ultraqısadalğalı diapazonda işləyirdi və Elmi-Tədqiqat İnstitutu-35-də yenicə yaradılmış birinci tranzistorlarda hazırlanmışdı. Onu qısa zamanda bizə gətirdilər. Bütün bunlara baxmayaraq, cihaz bütün ekspedisiya boyunca dayanmadan işləyirdi”.

"Luna-3" ekspedisiyasının başlanması barədə danışan Rudolf Baxitko bildirib ki, stansiyanın içindəki raketin hərəkətə başlaması prosesini görməyib: “Biz onda qruplara bölündük. Həmkarlarımın bir hissəsi Baykanura yola düşdü, amma mən aparatların idarə edilməsi üçün yerüstü stansiyanın avadanlığını hazırlamaq və şəkilləri ondan almaq üçün Krıma – Simeizə getdim.

Bu, yeni stansiya idi. O artıq "Luna-2" ekspedisiyasının gedişatında istifadə olunur və bu aparatın uçuşunu izləyirdi. Bizim qarşımızda "Luna-3" ilə informasiyanın qəbulu və ötürülməsi vəzifəsi dayanırdı. Xatırlayıram, stansiyanın bortundan informasiyanın ötürülməsi üçün güc kifayət etmirdi. Yer kürəsində belə informasiyanın qəbulu çox mürəkkəb məsələ idi. Belə təcrübə heç kimdə yox idi.

Simeizdəki stansiya dağ yaxınlığında yerləşdirilmiş iki antennalı kiçik taxta evcikdən ibarət idi. Siqnalların, informasiyaların qəbulunu müharibədən sonra Almaniyadan qənimət olaraq gətirilmiş antenna həyata keçirirdi. İkincisi ötürücü antenna isə SSRİ-də hazırlanmışdı. Siqnalın qəbulu və ötürülməsinin bütün aparatları Elmi-Tədqiqat İnstitutu-885-də hazırlanmışdı.

Biz Krıma "Luna-3" stansiyasının işə salınmasından sonra gəldik. O, uçuşda olanda stansiyanın üstündəkı avadanlığı qaydaya salmalı idik. Əvvəllər Moskvada necə işləyirdilərsə, indi də həmin rejimdə çalışırdılar.

Bortun içindəki fotoaparatın plyonkası vardı. O, şəkil çəkirdi. Həmin vaxt başqa aparatlar belə deyildi. Nazik pərdənin çıxarılması stansiyanın içində həyata keçirilir, bu, xeyli vaxt aparırdı.

Sonra xüsusi fotoelementin köməyi ilə təsvir oxunurdu — "şüa" hərəkət edir, qara və ağ nöqtələri yığırdı, bütün bunlar elektrik siqnallarına konversiya edilirdi. Təsvir bu formada Yer kürəsinə ötürülürdü. Yerdə bu qayda ilə kağıza şüa çəkilirdi, qara və ağ rənglər olduğu kimi əks etdirilirdi.

Keyfiyyətli təsvir maqnit pərdəsinə yazılmalı idi. Amma həmin vaxtda istifadə edilən “plyonka” dartılarkən nazikləşirdi, bu vaxt təsvir korlana bilərdi. Həmin səbəbdən də xüsusi deşilmiş nazik pərdə sifariş etmək lazım gəldi.

Onu uzun müddətə hazırladılar. Amma bizim Krıma getməyimizə qədər istehsal etməyə vaxt tapmadılar. Buna görə də sonra onu təcili təyyarəylə Simferopola, oradan helikopterlə Simeizə çatdırdılar. Helikopter üçün enmə meydançası olmadığından nazik pərdəni bizə iplə endirirdilər”.

Lakin bu vaxt qəribə hadisə baş verir: “Nazik pərdəni bizə gətirəndə təsərrüfatla məşğul olan yoldaşlarımızdan biri ərazidəki otu yandırırdı. Birdən taxtadan hazırlanmış tualetə alov düşdü. Siz təsəvvür edin — helikopterdən nazik “plyonka”nı endirirlər və bu zaman bizdə tualet yanır. Dəhşət. Bütün bunlar dövlət komissiyasının üzvü Serqey Korolyovun yanında baş verirdi. O, qəzəblənib, söyüş söyürdü.

Yalnız tezlikli modulyasiyalı siqnalla bircə şəkili qəbul etdilər. Baş verənlər bütün dünyaya məlum oldu. Qəzetlər bu barədə yazdı. İctimaiyyət qeyri-adi nəsə görmək istəyirdi.

Bizim Simeizdəki otağımızın mərkəzində masa, divarda "Volqa" aparatının qaçan şüasının kamerası vardı. Stansiya Aya uçdu, onun şəklini çəkdi və Yerə geri qayıtdı. Biz ona bortun qoşulması üçün ötürücü aparatlar vasitəsilə komanda verdik və siqnalı qəbul etməyə başladıq.

Hər şey normal idi. Şəkili ala bildik. Fotoların çəkilməsi barədə siqnal qəbul etdik”.

Bizimlə yanaşı, eyni zamanda Moskvada Elmlər Akademiyasında da uçuşun trayektoriyasını izləyirdilər: “O zaman bununla Elmlər Akademiyasının ən güclü BESM-2 hesablayıcı maşınında riyaziyyatçı Dmitri Oxosimskiy, bizdə, Simeizdə isə gənc alim Seva Yeqorov loqarifm xəttilə bununla məşğul olurdu. Onun hesablamaları bəzən daha dəqiq idi. Onlar müxtəlif metodlardan istifadə etdilər. Oxosimskiy bizim stansiyaya qədər alınan məlumatları sürət və məsafə üzrə, Yeqorov isə yalnız sürət üzrə hesablayırdı.

Bütün hesablamalar göstərirdi ki, stansiya Yer kürəsinə uçmalı və zonaya digər tərəfdən çıxmalı idi. Amma çıxmadı.

Biz aparatları quraşdıraraq siqnalları axtardıq, bununla yanaşı, ötürücüyə komanda verib bir neçə gün gözlədik. Korolyevin rəhbərlik etdiyi dövlət komissiyası da çıxıb getdi, biz isə işimizi davam etdirdik”.

Bu zaman məzəli hadisə baş verir: “Qeyd edim ki, bizdə Luna-3”dəki kimi aparat vardı. Bu, "bortun imitatoru" adlanırdı. Yerüstü sistemləri yoxlamaq üçün vaxtaşırı onu qoşurduq. O, bort aparatı kimi işləyir, komandalar qəbul edir, siqnallar verirdi.

Vaxtaşırı gedib onu yoxlayırdım. Günlərin birində gedib növbəti dəfə yoxladım və növbətçi rejimə qoşub geri qayıtdım. Bundan sonra "Luna-3" ilə əlaqənin növbəti seansına başladılar.

Birdən bizim imitatorumuz qoşuldu. Siqnalı görüb, sevindik. Amma sonra operator dedi: "Dopler nədənsə sıfırdadır". Bu o deməkdir ki, aparat hərəkət etmir. Əlimi başıma vurdum, bu qoşulan mənim imitatorumdur ki! Orda hərbçimiz vardı. O, dərhal Moskvaya stansiyanın tapılması haqda informasiya verdi. Bu barədə SSRİ rəhbəri Xruşovo məruzə olundu. Bundan sonra bərk hay-küy qopdu”.

Anar Tağıyev


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/171446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR