Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sent-Etyen"in baş məşqçisi "Qəbələ"dən danışdı

"Sent-Etyen"in baş məşqçisi "Qəbələ"dən danışdı

Date: 8 October 2016 17:47

Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə keçirəcəkləri ardıcıl 2 oyun barədə danışıb.


50 yaşlı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında bu görüşlərin həlledici əhəmiyyət kəsb edəcəyini bildirib. Onun fikrincə, "Qəbələ" çətin rəqibdir: "Düzdür, rəqibimiz hələ xal qazanmayıb. Amma özünəməxsus oyun keyfiyyətinə malikdirlər. "Qəbələ"yə ciddi yanaşmaq lazımdır. İstərdik ki, maksimum sayda xal götürək. Ötən mövsüm "Dnepr"lə matçlardakı kimi bunu bacarsaq, 1/6 final mərhələsinə doğru böyük addım atacağıq".


Qaltye cəzalı və zədəli futbolçular üzündən öz oyunlarını sərgiləməkdə çətinlik çəkdiklərini də etiraf edib. Amma o, kollektivin gücü və ruhu sayəsində daha effektli olacaqlarını vurğulayıb.


Qeyd edək ki, "Sent Etyen" oktyabrın 20-də qəbul edəcəyi "Qəbələ"yə noyabrın 3-də qonaq olacaq. Ötən mövsüm Fransa təmsilçisi Avroliqanın qrup mərhələsində Ukrayna "Dnepr"inə ardıcıl iki oyunda - səfərdə 1:0, evdə 3:0 hesabı ilə qalib gəlib və qrup ikincisi kimi 1/16 finala yüksəlib. Bu mövsüm "Sent-Etyen" həm Almaniya "Maynts"ı, həm də Belçika "Anderlext"i ilə görüşlərdən heç-heçə ilə ayrılıb - 1:1. "Qəbələ" isə "Anderlext"ə 1:3, "Mayts"a 2:3 hesabı ilə uduzub.("Report")


Fanat.Az


Tags:  Sent-Etyenin baş məşqçisi Qəbələdən danışdı

RƏYLƏR


Top news