Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mandarin qabıqlarından MÜALİCƏVİ ÇAY

Mandarin qabıqlarından MÜALİCƏVİ ÇAY

Date: 8 October 2016 18:03

Mandarin müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada C, A, B qrupu vitaminlər, orqanik turşular, pektinlər, fitonsidlər, minerallar və s. var.

Mandarinin qabıqaları da çox qiymətli müalicəvi məhsuldur. Mandarinin qabıqlarını atmayın, onlardan çox faydalı çay hazırlayın.

Bunun üçün 2 orta ölçüdə olan mandarin qabıqlarını xırda doğrayın, termosa qoyun, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, 3-4 saat dəmləyin. Sonra dəmləməni yaxşı süzün və bu çayı gün ərzində adi çay kimi için. Çaya bal da əlavə edə bilərsiniz.

Bu çayın bir çox faydalı xüsusiyyətləri var:

- immun sistemini möhkəmləndirir

- öskürək və bronxit zamanı bəlğəmgətirici və iltihabəleyhinə təsir edir

- ishal zamanı bağırsaqları "yığır"

- bağırsaqlara antiseptik təsir edir

- qurdqovucu təsirə malikdir

- stresi və sinir gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır

- qanda şəkərin səviyyəsini normallaşdırır (təbii ki, bu məqsədlə istifadə olunan çaya bal əlavə olunmur)

- soyuqdəymə zamanı çox faydalıdır. (saglamolun.az)


Tags:  Mandarin qabıqlarından MÜALİCƏVİ ÇAY

RƏYLƏR


Top news