Bred Pitt uşaqlarına qovuşdu

Bred Pitt uşaqlarına qovuşdu
18:05 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ancelina Coli və Bred Pitt arasında boşanma prosesi dünya mediasının diqqətindədir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sentyabrın 19-da boşanacaqlarını açıqladıqdan sonra cütlüklə bağlı müxtəlif şayiələr yayılır.

Boşanma qərarından sonra 6 uşağını görə bilməyən Bred dünən ilk dəfə onlarla görüşüb. Terapistin müşayiəti ilə baş tutan görüşdən əvvəl aktyor alkoqol və narkotik maddə testindən keçib. Cütlüyün yaxın ətrafı bildirir ki, Pitt baş verənlərdən sonra son dərəcə yorğun və depressiv görünsə də, Colini narahat edən sadəcə uşaqlarının sağlamlığıdır. Aktrisa onları psixoloji dəstək almaq üçün psixoloqa aparır.

Qeyd edək ki, boşanma səbəblərindən biri kimi Bredin uşaqlarına qarşı pis davranışı və zorakılığı göstərilirdi. Hətta FTB-nin (Federal Təhlükəsizlik Bürosu) bu işlə maraqlandığı iddia edilmişdi. Lakin xəbərlər öz təsdiqini tapmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR