Kim seçilsə Çinin başına bəla olacaq

Kim seçilsə Çinin başına bəla olacaq
18:32 8 Oktyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərində qalibinin qələcək namizədin kimliyindən asılı olmayaraq, bu ölkənin Çinlə ticarət münasibətləri sərtləşdiriləcək.

"Report"un "Vesti"yə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı Yaponiyanın "Daiwa Capital Markets" beynəlxalq investisiya bankının analitikləri Kevin Ley (Kevin Lai) və Oliviya Sya (Olivia Xia) tərəfindən verilib. Onların fikrincə, hazırkı prezident Barak Obama ilə müqayisədə Hillari Klinton və Donald Tramp Çinlə ticarət perspektivlərində daha aqressiv mövqe tuturlar. İki namizəddən D.Tramp Çinlə ticarət qaydalarının sərtləşdirilməsini daha çox istəyən tərəfdir.

Bankın hesabatında qeyd olunub ki, yeni seçiləcək ABŞ prezidenti Çinin valyuta manipulyasiyaları, ABŞ-da işsizliyin artması, intellektual mülkiyyətin Çin tərəfindən oğurlanması məsələlərində ölkə daxilində təzyiqlərlə üzləşəcək. "Daiwa Capital Markets" hesab edir ki, seçkilərdən sonra ABŞ-ın Çindən idxal gömrük rüsumlarının artırılması gözlənilir. Bu isə Çin iqtisadiyyatını 1,75 faiz bəndi qədər yavaşlada bilər. Xatırladaq ki, Çin iqtisadiyyatının 2016-cı il üçün artım tempinin 6,5% olması proqnozlaşdırılır.
Bankın hesabatında respublikaçı namizəd D.Trampın Çin mallarına 45% gömrük rüsumu tətbiq edəcəyi ilə bağlı təhlillər yer alıb. Rüsumların bu səviyyəyə çatdırılması Çinin cavab addımlar atması ilə nəticələnə bilər. Lakin qeyd olunur ki, ABŞ-ın Çinə ixracı idxalından 4 dəfə azdır. Həmçinin, ABŞ iqtisadiyyatı Çin iqtisadiyyatından 2 dəfə böyükdür. Buna görə də, ABŞ iqtisadiyaytının qəbul olunacaq qərarlardan daha az zərər çəkəcəyi ehtimal edilir.
Xatırladaq ki, hazırda ABŞ-da Çin mallarına idxal gömrük rüsumu 4,2% təşkil edir. Hətta, rüsumların gözlənilən minimum səviyyə olan 15%-ə qədər artırılması Çindən ABŞ-a idxalı 31 faiz bəndi, ÜDM-i isə 0,95 faiz bəndi azalda bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR