Hollivud aktrisasına Quran və baş örtüyü verdilər - FOTO

Hollivud aktrisasına Quran və baş örtüyü verdilər - FOTO
18:32 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Aktrisa Lindsi Lohanın Türkiyə səfəri davam edir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatıan görə, Hollivud ulduzu Qaziantepdə suriyalı qaçqınların düşərgəsində olub. Lohan orada tanış olduğu Azize adlı köməkçi qadınla fotosunu paylaşaraq yazıb:

"Ona baş örtüyünün nə gözəl olduğunu deyəndə gözlərimin parıldadığını gördü. Mənə bir baş örtüyü hədiyyə etdi, çox kövrəldim".

Aktrisa ona gül təqdim edən suriyalı uşağı öpüb. Daha sonra uşaqlarla birgə ingiliscə mahnılar səsləndirən Lindsiyə Quran da hədiyyə edilib

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR