NATO: Rusiya hərbçiləri Ukraynanın şərqində kütləvi şəkildə həlak olur

NATO: Rusiya hərbçiləri Ukraynanın şərqində kütləvi şəkildə həlak olur
04:32 6 Mart 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Mart 2015 04:14 ]

Bakı-APA. NATO-nun nümayəndələri Donbasda Rusiya vətəndaşlarının döyüşdüyünü iddia edirlər.

APA-nın “Gazeta.ru”ya istnadən verdiyi xəbərə görə, bu barədə “Frans Press”in dərc etdiyi məlumatda bildirilir.

 

Məlumata görə, bu barədə ötən gün Riqada keçirilmiş mətbuat konfransında çıxışı zamanı NATO baş katibinin birinci müavini Aleksandr Verşbou bildirib.   

 

“Rusiya hərbçiləri Ukraynanın şərqində gedən döyüşlərdə kütləvi şəkildə həlak olur”, deyə Verşbou qeyd edib.   

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi keçən ay ABŞ-ın rusiyalı hərbçilərin Donbasda döyüşlərdə iştirak etməsi ilə bağlı  bəyanatını təkzib edib.    

 

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Münhen təhlükəsizlik konfransında çıxışı zamanı Ukraynada döyüşən rusiyalı əsgərlərdən götürülmüş pasportları nümayiş etdirib.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/375153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR