Namaz qılan adama salam veriləndə cavabını verməlidirmi?

Namaz qılan adama salam veriləndə cavabını verməlidirmi?
19:12 8 Oktyabr 2016
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Namaz qılan adam özü heç kimə salam verə bilməz. Amma verilən salamın cavabını almalıdır. Ümumiyyətlə, salamın cavabını daha üstün və geniş formada almaq müstəhəbdir. Amma bu, namaz zamanına aid deyil. Namaz qılan adam, ona verilən salamı olduğu kimi cavablandırmalıdır. Yəni ona "əs-səlamü əleykə" deyə salam verilibsə, cavabını da "əs-səlamü əleykə" şəklində verməlidir. Başqa formada, məsələn "əleykəs-salam" şəklində salam almaq məsləhət deyil. Əgər salam verən kardırsa və ya həmin yer çox səsli-küylüdürsə, onda salamı işarə ilə cavablandırmaq lazımdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, namaz üstə salamın cavabını verməyin bir neçə şərti var. Əvvəla, salamı verən adamın məqsədi zarafat ya məsxərə olmamalıdır. Əks halda, salama cavab vermək lazım deyil. İkincisi, əgər namaz qılan adamın yanında namaz qılmayanlar da durubsa və salam hamıya verilibsə, kənardakılardan biri salama cavab versə, namaz qılan adam sakit durmalıdır. Əgər kənardakılar salamın cavabını vermədilərsə, o halda namaz qılan verməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR