"Neftçi"nin oyununun birinci hissəsinə baxıb, televizoru söndürdüm"

"Neftçi"nin oyununun birinci hissəsinə baxıb, televizoru söndürdüm"
19:27 8 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

"Biz indiyədək 8 komanda ilə oynamamışıq. Amma hazırda belədirsə, deməli, işləmək, irəli getmək lazımdır. 4 mərhələdən ibarət çempionatda 2-ci dövrədən sonra kimin nəyə qadir olduğu bilinəcək".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın ən titullu futbol məşqçisi Ağasəlim Mircavadov deyib.
 
Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. İlk 7 turdan sonra turnir cədvəlinə 19 xala malik "Qəbələ" başçılıq edir. İkinci pillədə qərarlaşan "İnter" əyalət təmsilçisindən 4 xal geri qaldığı halda, "üçlüyü" qapayan "Qarabağ" 13 xala malikdir.
 
Arxada qalan 7 turu dəyərləndirən A. Mircavadov bildirib ki, I dövrənin yekununa əsasən kimin yarışı necə başa vuracağını demək olmaz: "İlk pillədə qərarlaşan "Qəbələ"nin 19, 4-cü yerdə olan "Sumqayıt" 8 xalı var. Bu heç də yaxşı hal deyil. Buna görə də əvvəldən kimin birinci, kimin də qalan yerlər uğrunda mübarizə aparacağı görünürdü".
 
Azərbaycanın ən titullu məşqçisi lider olan "qırmızı-qaralar"ın uğurlu startını belə dəyərləndirib: "Klub birdən-birə belə nəticə göstərmir. Buna vaxt lazımdır. Bu komandada olan insanların da öz fikirləri, proqramları var. Onlar Avropada olan planlarını yerinə yetiriblər, ardıcıl ikinci ildir Avroliqada oynayırlar. İndi komandanın çempionluq hədəfi qalıb. 7 matçda cəmi 1 dəfə xal itirən komandanın əsas gücü infrastrukturdadır. Həmçinin bu il onlar çox gözəl transferlər etdilər. Yeni gələnlər komanda üçün sonadək oynayırlar".
 
"Qəbələ"nin liderliyində düzgün hazırlanmış plandan və burada ukraynalı baş məşqçi Roman Qriqorçukun gördüyü işlərdən danışan mütəxəssis 9 matçdır qol buraxmayan Dmitri Bezotosnı və komandanın müdafiə xəttinin keçilməzliyinin səbəbini də açıqlayıb. A. Mircavadov "Qəbələ"yə bu tempi sonadək qoruyub, saxlamaq üçün məsləhətlərini də verib: "Komanda 3 cəbhədə - çempionat, kubok və avrokubokda mübarizə aparır. Bununla bağlı Qriqorçukla da söhbətim oldu. O bildirdi ki, artıq yetirmələri həftədə 2 dəfə oynamağa öyrəşiblər. Bilirsiniz, yorğunluq futbolda deyil, yolda ola bilər. Çünki insan sevdiyi işlə məşğuldur. Komanda stabil oynayarsa, elə zirvədə də qalacaq. Çempionluq istəyirsənsə, ortabab klublarla görüşlərdə xal itirmək olmaz. Liderlik uğrunda mübarizə aparanlardan isə çox xal almaq lazımdır".
 
Heyətinə görə "Qarabağ" və "Qəbələ"dən geri qalan "İnter" yenə liderlər sırasındadır. A. Mircavadov "bankirlər"in sonadək avrokubok təmsilçilərimizlə mübarizə aparmasının özlərindən asılı olduğunu bildirib: "Bu komanda çox ağır oynayır. "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri matça da baxdım. Məni bu ağır oyunla onların nə vaxt "açılacaqları" düşündürür. Onlar kollektiv oyun sayəsində 15 xal yığıblar. Belə komandalar da var. Məsələn, Kurban Berdiyevin çalışdırdığı "Rostov" həmin oyunla az qalmışdı ki, Rusiya çempionu olsun".
 
Son 3 mövsümün çempionu "Qarabağ" üçün startı uğurlu saymaq olmaz. A. Mircavadovun sözlərinə görə, Ağdam klubu artıq 2 dəfə məğlubiyyət acısı yaşasa da, növbəti tituluna doğru irəliləmək gücündədir: "Psixoloji tərəfdən yorğunluq, saymazlıq ola bilər. Amma "Qarabağ"ın öz oyun üslubu var. Deyərdim ki, komanda bu gün çox qol vəziyyəti yaradır, bundan istifadə edə bilmir. Liderləri Reynaldodur, amma o da çox az fərqlənib. Bunu baş məşqçi daha yaxşı bilir, öz işləridir. Amma "Qarabağ" çempionluq uğrunda mübarizə aparacaq. Bunun üçün heyəti də var".
 
Çempionatın ən böyük sürprizi isə "Neftçi"nin uğursuz çıxışıdır. Paytaxt təmsilçisinin belə aciz qalmasına münasibət bildirən Məşqçilər Komitəsinin üzvü deyib ki, komanda lazımsız futbolçuların səhvləri səbəbindən yaxşı günlərini yaşamır: "Buna biabırçılıq deyək, ya nə deyək, doğurdan da söz tapmaq olmur. Çünki biz "Neftçi"ni həmişə birinci, ya ikinci yerdə görmüşük. Öz oyunu, legionerləri ilə fərqlənib. "Neftçi" elə bir klubdur ki, orada imicli futbolçular çıxış etməlidir, imicli məşqçilər işləməlidirlər. Əfsuslar olsun ki, bu il orada lazımsız oyunçular, sarı və qırmızı vərəqə ilə cəzalananlar digərləri ilə müqayisədə çoxdur. Nizam-intizamın aşağı olması da nəticədə özünü göstərir. İnanın, komandanın bugünkü halını çox pis qəbul edirəm. Onlar bizim tariximizdir. Mən orada boya-başa çatmışam. Hazırda da "Neftçi" dedikdə, duyğularım onunla hərəkət edir. Klubu faciəli yerə salmaq lazım deyil".
 
A. Mircavadov bildirib ki, tarixinin antirekordunu yaşayıb, 5 oyun qalib gəlməyən və özünün ən ağır məğlubiyyətini yaşayan komandanın "Qəbələ"yə 0:8 hesabı ilə uduzduğu oyunda birinci hissəyə baxıb və televizoru söndürüb: "İlk hissəyə baxdım, ikinciyə baxmadım. Həmin vaxt bağda idim, nəvələrim də yanımda idilər. Televizoru keçirdim, uşaqları da bayıra çıxardım ki, "gəlin, gedək oynayaq". Onlar da təəccüblü qaldılar ki, həmişə futbol gedəndə sakitlik olur və bir yerdə baxırdıq. Bu məğlubiyyəti də çox pis qəbul etdim. "Neftçi" heç vaxt belə olmamalıdır. Əksinə, onlar həmişə 6:0, 7:0, 8:0 hesabı ilə qalib gəlməlidirlər. Amma deyim ki, bu gün ziyalı azarkeşlərimizi itirmişik. O azarkeşlər ki, ötən əsrin 60-cı, 70-ci, 80-ci illərində stadionlara gəlirdilər və harada otururdusa, sözləri qanun kimi idi. Söyüş, başqa hərəkətlər olmazdı. Baxın, indi stadionlara kimlər gəlir? Cavan uşaqlar. Özlərini apara bilmirlər. Düzdür, başqa hörmətli azarkeşlər də var. Birincisi, ziyalıları tribunaya qaytarmaq lazımdır. Nə ilə? Oyunumuzla. Bunu da xalqın komandası "Neftçi" etməlidir".
 
"Neftçi"nin tarixində də belə böhran vəziyyətləri olub. Sonuncu isə Hans Yurgen Gedenin vaxtına təsadüf etmişdi. A. Mircavadov bir qədər öncə komandanın başına Elxan Abdullayevin gətirilməsi ilə çətin günlərin bitəcəyinə də inam ifadə edib.
 
O həmçinin ötən mövsümün gümüş medalçısı "Zirə"nin eyni dərəcədə uğurlu çıxış etməməsindən, çempionatın ortababları "Sumqayıt"la "Kəpəz"in ilk dövrədəki çıxışından da danışıb. A. Mircavadov vaxtilə mükafatlar uğrunda mübarizə aparan AZAL-ın indiki acınacaqlı durumuna da toxunub.
 
Təcrübəli mütəxəssis arxada qalan 7 turda "Qəbələ"nin yeni transferləri - Teo Uiks, Baqali Dabonu fərqləndirib: "Yerli oyunçulardan isə fərqləndirə biləcəyim yoxdur".
 
A. Mircavadov Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç və Çexiya ilə keçirəcəkləri oyunlarla bağlı proqnozlar da verib. O bildirib ki, bu qarşılaşmalardan xal deyil, xallar gözləyir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycanda QORXUNC HADİSƏ - Avtomobil transformatora çırpıldı

26 Aprel 2017 17:52

Məktəbi “5” qiymətlə bitirən məzunların yarıdan çoxu attestat qiymətlərini doğrulda bilməyib

26 Aprel 2017 17:52

Tələbələrimiz hədiyyə fondu $ 20 000 olan çempionatda qalib gəldilər - FOTO

26 Aprel 2017 17:52

Ədliyyə naziri Goranboyda vətəndaşları qəbul edib

26 Aprel 2017 17:52

DİM: Son 12 ildə orta məktəb məzunlarının sayı 35 778 nəfər azalıb

26 Aprel 2017 17:52

Azərbaycanda 9-11-ci sinifdə oxuyan 91 şagird yazıb-oxumağı bilmirmiş - QALMAQAL

26 Aprel 2017 17:49

31 yaşlı Hadisə görüntüsü ilə ŞOK ETDİ - FOTOLAR

26 Aprel 2017 17:48

Azərbaycanda bu da oldu: Gənc qız meymunla evləndi

26 Aprel 2017 17:47

Xərçəngə yoluxmayan yeganə heyvan

26 Aprel 2017 17:43

Akademik Zərifə Əliyevanın doğum günü münasibətilə aksiya keçiriləcək

26 Aprel 2017 17:42

Baş Prokurorluq Azərbaycan şirkətlərinə qarşı başlanmış cinayət işlərinə dair yayılan informasiyalara aydınlıq gətirib

26 Aprel 2017 17:42

Zülfiyyə: "Traktor da sürürəm, motosiklet də..."

26 Aprel 2017 17:42

Poroşenko: “Bu, sülh üçün alternativsiz plandır”

26 Aprel 2017 17:38

Rusiyada dollar bahalaşıb

26 Aprel 2017 17:37

İngiltərə Premyer Liqasına vəsiqə qazanan klubun icraçı direktoru həbs olunub

26 Aprel 2017 17:37

Nadir Zaurun pulunu vermədi - 1700 manat

26 Aprel 2017 17:37

Elmar Məmmədyarov: "Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbayacn-Aİ əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaradıb"

26 Aprel 2017 17:37

“Google Play” internet mağazasında aşkar edilmiş virus təxminən 2 milyon istifadəçini yoluxdurub

26 Aprel 2017 17:35

“Dostum qayıtdı ki, gəl Cona deyək, guya itlərə toy edirik...” – SƏBUHİ MƏMMƏDLİ GORANBOYDAN YAZIR

26 Aprel 2017 17:34

Tarixçi: "Avropa islamofobiyanın əsirinə çevrilir"

26 Aprel 2017 17:33

Rusiya Azərbaycana yeni metro vaqonları təklif etməyə hazırlaşır

26 Aprel 2017 17:32

Ukraynada azərbaycanlı saxta mallar satarkən tutuldu - FOTO

26 Aprel 2017 17:32

İstanbulda avtobus partladı

26 Aprel 2017 17:32

Aprelin 27-nə manatın məzənnəsi

26 Aprel 2017 17:30

Əməyin mühafizəsi qaydaları ən çox hansı sahədə pozulur?

26 Aprel 2017 17:27

İranda AES "silkələndi" - ZƏLZƏLƏ

26 Aprel 2017 17:27

İrəvan bunu etməsə, Qarabağda müharibə başlayacaq - Ermənistandan ETİRAF

26 Aprel 2017 17:23

Autizmli uşaqların xor və ritm konserti

26 Aprel 2017 17:22

Çin hərb maşını Rusiyanı keçdi - FOTO

26 Aprel 2017 17:22

ÜST: Dünyada 400 mindən çox insan malyariya xəstəliyindən ölüb

26 Aprel 2017 17:22

Azərbaycanda qız meymunla evləndi

26 Aprel 2017 17:19

20 yaşdan boyu uzatmaq mümkündürmü?

26 Aprel 2017 17:18

8 yaşdan yuxarı 37 uşaq I sinfə gedəcək - RƏSMİ

26 Aprel 2017 17:17

İsmayıllı və Göyçayda modul məktəblərlə tanışlıq üçün media tur keçirilib

26 Aprel 2017 17:17

Astarada bu il taxıl terminalının inşası planlaşdırılır

26 Aprel 2017 17:17

Nümayəndə heyətinin rəhbəri: "Bolqarıstan Dünya Kubokuna gənc komanda gətirib" - FOTO

26 Aprel 2017 17:17

Dolların sabaha olan MƏZƏNNƏSİ

26 Aprel 2017 17:13

Azərbaycanda ağır yol-nəqliyyat hadisəsi

26 Aprel 2017 17:13

"Balaca şahzadə" Musiqili Teatrda

26 Aprel 2017 17:12

Manatın MƏZƏNNƏSİ

26 Aprel 2017 17:12

Bakıda üçüncü əczaçılıq zavodu tikiləcək

26 Aprel 2017 17:07

"AŞ PA-nın qərarında əsas məqsəd Türkiyəyə təzyiq göstərməkdir"

26 Aprel 2017 17:05

Əli İnsanova 7 il 5 gün HƏBS CƏZASI

26 Aprel 2017 17:05

Sevgilisini itlərə yedirən futbolçu yenidən həbs olundu

26 Aprel 2017 17:05

Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

26 Aprel 2017 17:04

"Azərbaycan bu gün ayaqda möhkəm dayanır"

26 Aprel 2017 17:04

Dünyada İLK: süni uşaqlıq kisəsi - FOTO

26 Aprel 2017 17:03

Dövlət Komitəsinin sədri Dünya Bankının Azərbaycan üzrə direktoru ilə görüşüb

26 Aprel 2017 17:02

Avroviziyanın qalibi Camalanın toyu oldu - VİDEO

26 Aprel 2017 16:59

Ermənilər azərbaycanlı müğənniyə ikinci dəfə hücum etdi

26 Aprel 2017 16:57