Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yəməndə yas bombalandı

Yəməndə yas bombalandı

Date: 8 October 2016 19:37

Yəmənin paytaxtı Səna şəhərində ərəb koalisiyasına məxsus hərbi aviasiya husilərin iştirakı ilə keçirilən yas mərasiminə hava zərbəsi endirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə nəticəsində onlarla insan həyatını itirib. Mənbənin məlumatına əsasən, hava zərbəsi üsyançı hökumətin daxili işlər nazirinin atasının ölümü ilə bağlı matəm mərasiminin keçirildiyi binaya endirilib. Hadisə nəticəsində ölən və yaralanan insanların sayı bir neçə yüz nəfərə çata bilər.

Yəməndə 2014-cü ildən başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində "Ənsar Allah" şiə qruplaşmasına məxsus husi üsyançıları və keçmiş prezident Əli Abdullah Salehə sadiq ordu hissələri, digər tərəfdə isə hökumət qüvvələri və Prezident Abd Rabbu Mənsur Hadiyə sadiq könüllülər iştirak edir.

Paytaxt Səna şəhəri üsyançıların nəzarəti altındadır. 2015-ci ildən etibarən onların mövqeləri Səudiyyə Ərəbistanını başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri tərəfindən hücuma məruz qalır.

Milli.Az


Tags:  Yəməndə yas bombalandı

RƏYLƏR


Top news